Almaniyada Şəffaflıq təşkilatının bəyan etdiyinə görə, Bundestaqın (parlament) iki siyasətçisi məhkəməyə verilib. Xristian Demokrat İttifaqından deputat Karin Ştrens, digəri isə sabiq parlament üzvü Eduard Lintner Azərbaycanın pulyuyan maşını kimi tanınan rüşvət qalmaqalında günahlandırılır.
Karin Ştrens (Karin Strenz) lobbi firmasının vasitəsilə Azərbaycandan pul aldığını uzun illər gizli saxlayıb. Bundestaq deputatı böyük məbləğdə cərimələyib və ona töhmət verib.
Bundestaq qapalı iclasında deputatın 22600 avro məbləğində cərimə olunması barədə qərar qəbul edib.
2014-15-ci illərdə o, Line M-Trade lobbi firmasından 14 000-dən 30 000 min avroya qədər pul alıb.
Karın Ştrens deputatların Davranış Kodeksini pozduğuna görə Avropa Şurası Parlament Assambleyası onun AŞPA-ya gəlişinə ömürlük qadağa qoyub.
2015-ci ildə K.Strens Avropa Şurasının yeganə alman üzvü olub ki, Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbinin əleyhinə səs verib.
O, həmçinin Azərbaycanda seçkilərə nəzarət missiyasında iştirak edib. Səfər Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Sonradan deputat bildirib ki, maliyyələşmənin Bakıdan daxil olduğundan xəbərsiz olub.
Digər deputat Eduard Lintner M-Trade-in Bakıdan maliyyələşdirildiyini təsdiqləyib.