Accessibility links

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb


Pilotun axtarışı davam edir

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

Hərbi Prokurorluğun məlumatına görə, hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.

***

İyulun 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən radarlardan itib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, ilkin ehtimala görə, qəza nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azərbaycanda sonuncu hərbi təyyarə qəzası 2011-ci il fevralın 3-də baş verib. SU 25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.

Bundan öncə isə 2010-cu il martın 3-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU 25 tipli hərbi təyyarə Bakıdan 430 kilometr qərbdə Azərbaycanın Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot həlak olub.

XS
SM
MD
LG