Paytaxt Bakı və Azərbaycanın əksər rayonları daxil olmaqla iyulun 2-dən 3-nə keçən gecə bir sıra bölgələrdə bütünlüklə elektrikin kəsildiyi bildirilir.
APA agentliyinin verdiyi məlumata görə, elektrikin kəsilməsinə səbəb Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) baş vermiş partlayış və bunun nəticəsində yanğın olub.
Son məlumatlara əsasən, yangın söndürülüb və İES-də vəziyyət nəzarət altındadır.
Hadisənin başlıca səbəbi kimi həddində artıq yüklənmə göstərilib.
Son günlər Azərbaycanda anomal qızmar hava şəraiti davam edir.