Aysel Vəzir: Əfqanıstan qadınlarının gücü və qəhrəmanlığı diqqət mərkəzində olmalıdır
Taliban qüvvələrinin Əfqanıstanda hakimiyyəti ələ alması ilə ölkədə qadın hüquqları sahəsində çətinliklə əldə edilmiş nailiyyyətlərin itirilə biləcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Son 20 il ərzində Əfqanıstanda qadınlar üçün imkanların artırılması istiqamətində geniş layihələr həyata keçirilib. Gender məsələləri üzrə müstəqil ekspert Aysel Vəzir Amerikanın Səsinə müsahibədə Əfqanıstanda qadınlar üçün imkanların genişəndirilməsi sahəsində iştirak etdiyi layihələr, qadınların qarşılaşdığı problemlər və beynəlxalq ictimaiyyətin narahatlıqları haqda danışıb.