Aylardır davam edən prezident seçki kampanıyaları və debatlar seçiciləri bu post üçün ən yaxşı namizədin onlar olduğunu inandırmağa çalışırlar. Bir həftə sonra Ayovada keçiriləcək kokus kimin irəlidə olduğunu göstərəcək.
Fevralın 1-də keçiriləcək Ayova kokusu demokrat və respublikaçı partiyalarının iyul ayında keçiriləcək qurultaylarında namizədlərin açıqlanması üçün rol oynayacaq.
Ayovada keçirilən sorğu nəticələri göstərir ki, sabiq dövlət katibi Hillari Klinton Vermont ştatının senatoru Berni Sanderslə demək olar ki, bir birlərinə çox yaxındırlar. Merilend ştatının sabiq qubernatoru Martin Omaley isə onlardan çox geridədir.
Respublikaçılar tərəfdə isə milyader Donald Tramp və Texas senatoru Ted Kruz digər 12 namizəddən çox irəlidədir. Keçən həftə sorğu nəticələri Trampın daha çox üstünlüyə sahib olduğunu göstərib.
Respublikaçılar arasında Trampla bağlı narahatlıqlar yaranıb. Onlar Trampın partiya tərəfindən namizəd olaraq irəli sürülməzsə, onun aparacağı müstəqil kampaniyanın Respublikaçı seçicilərin səslərini özü ilə aparacağını düşünür.
Müstəqil namizədlik
Belə bir ssenarilə demokratların üzləşəcəyi təxmin edilir. Nyu-Yorkun sabiq meri Maykl Blumberq keçən həftə bildirib ki, o, noyabr ayında keçiriləcək seçkilərdə müstəqil namizədliyini irəli sürməyi düşünür.
Demokrat partiyasından respublikaçı partiyasına keçən və daha sonra müstəqil olaraq namizədliyini irəli sürmək istəyən namizədlər əsasən silahlara nəzarət, abort haqları və mühacirət qanunlarında liberal görüşə sahib olanlardır.
Klinton NBC televizyasında gedən Meet the Press proqramındakı çıxışında Blumberqin namizədliyini irəli sürəcəyi açıqlamasından bir o qədər də narahat olmadığı görsənib.
"Mən onun dediklərindən belə anladım ki, əgər mən namizədliyimi irəli sürməsəm, o öz namizədliyini irəli sürməyi düşünür. Mən onu bu narahatlıqdan azad edəcəm və namizədliyimi irəli sürəcəm ki, o bunu etməsin," deyə Klinton bildirib.
Sanders başqa bir zənginin namizədliyini irəli sürməsi ehtimalından narazılığını bildirib.
Blumberq Tramp kimi milyarderdir. Bu sərvətə media vasitəsilə nail olub.
"Bu, sadəcə mənim görüşüm deyil. Amerika demokratiyası milyaderlər arasında müsabiqədən ibarət olmamalıdır. Əgər bu baş versə, mən əminəm ki, biz qalib gələcəyik," deyə Sanders ABC kanalında This Week proqramında bildirib.