Accessibility links

Türkiyədə insan qaçaqçılarına hökm çıxarılıb


Türkiyə məhkəməsi Türkiyəyə keçməyə çalışan körpə və onun ailəsinin batmasına görə iki suriyalını azadlıqdan məhrum edib.

Türkiyə dövlət mediası Muvafaka Alabaş və Asim Əlfərhadın insan qaçaqçılığında ittiham olunduqlarını və dörd il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Batan qaçqınlar arasında 3 yaşlı Aylan Kürdi də olub. Bu körpənin cansız bədəninin Türkiyə sahilində şəkli çəkiləndən sonra o, qaçqın böhranın vizual simvoluna çevrildi.

Digər batan qaçqınların sırasına Aylanın anası və qardaşı da daxildir.

İki suriyalının məhkəmə işi fevralın 11-də Türkiyənin qərbində yerləşən kurort şəhəri Bodrum cinayət məhkəməsində keçirilib.

Aylan Kürdinin ailə üzvləri şimali və qərbi Avropada daha yaxşı həyata başlamaq ümidi ilə Yunanıstana keçmək riskini gözə alan minlərlə qaçqınlardan idi.

Avrostat statistika agentliyi 2015-ci ildə Avropa İttifaqına 1.5 milyon qaçqının keçdiyini bildirib ki, bu daha öncəki illə müqayisədə ikiqat yüksək rəqəmdir.

Təşkilat qaçqınların əksəriyyətini suriyalıların, daha sonra isə əfqan və iraqlıların təşkil etdiyini bildirir.

XS
SM
MD
LG