Accessibility links

Güneydə daha bir türk dil haqları fəalı məhkəməyə çağırılıb


Aydın Zakiri
Aydın Zakiri

Aydın Zakiri Dünya Ana Dili Günündə nəzarətə alınmışdı

Ötən fevral ayının 21-i Dünya Ana Dili Günündə nəzarət altına alınıb daha sonra müvəqqəti olaraq sərbəst buraxılmış türk dil haqları fəalı Aydın Zakiri məhkəməyə çağırılıb.

Güney Azərbaycan Televiziyasına (Günaz TV) istinadən, Xiyavın (Meşginşəhr) Qaradərviş kəndində yaşayan fəal noyabrın 11-də Xiyav Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir.

İnsan haqları qruplarının yaydığı hesabatlara görə, son bir ildə İran Azərbaycanında ana dili ilə əlaqədar təşkil olunmuş müxtəlif mərasimlərdə yüzdən artıq güneyli fəal nəzarət altına alınıb.

Bir müddət nəzarətdə saxlanıldıqdan sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılan bu fəallar internet qəzetlərinin yaydığı məlumata istinadən, son vaxtlarda tədricən məhkəməyə çağrılmaqdadırlar.

İran məhkəmələri türk dil haqları müdafiəçilərini adətən “rejimə qarşı təbliğat” və “pantürkist fəaliyyətləri” göstərmək ittihamı ilə mühakimə edir.

Aydın Zakirinin nəzarət altına alınmasından sonra onun xalça yuma şirkəti də müvafiq dövlət orqanı tərəfindən möhürlənmişdi.

XS
SM
MD
LG