Accessibility links

AXCP rəhbərliyi Lənkəranda fiziki zorakılığa məruz qalıb [Video]


AXCP rəhbərlərinə Lənkəranda fiziki təzyiq
AXCP rəhbərlərinə Lənkəranda fiziki təzyiq

Müxalifət rəhbərlərinin olduğu avtomobilin şüşələri sındırılıb, yük maşını ilə qarşıları kəsilib. Öyrədilmiş adamlar daş, yumurta, dəmir və taxta dəyənəklərlə hücum edib


Iyunun 9-da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi Lənkəranda fiziki zorakılığa məruz qalıb.

Belə ki, AXCP Lənkəran şöbəsinin müşavirəsi keçirmək üçün rayona gedən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Rəyasət Heyətinin üzvləri Asif Yusifli və Mənsum Bayramov və Lənkəran şöbəsinin fəalı Nazim Həsənova rayonun girişində hücum olub.

AXCP-nin məlumatına görə, rayon icra hakimiyyəti və polisin himayə etdiyi bir dəstə öyrədilmiş adamlar əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə xəsarət yetirməyə çalışıblar.

AXCP rəhbərləri avtomobillə basqınçıların əhatəsindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Ancaq basqınçılar Mənsum Bayramova məxsus avtomobilə ciddi zərər vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib. Şüşələrin qırılması səbəbindən AXCP nümayəndələri müxtəlif dərəcəli xəsarət alıb.

Bundan sonra, AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.


AXCP rəhbərliyi basqınçılardan xilas olaraq Bakıya, geri qayıtmağa məcbur olub. Təşkil olunmuş dəstə onları təqib edib və partiya nümayəndələri Liman qəsəbəsində ikinci dəfə hücuma məruz qalıb.

“Rayonun girəcəyində ”KaMAZ"-la qarşımızı kəsdilər. Bunun təxribat olduğunu o dəqiqə anladıq. Geri qayıtmaq istəyəndə arxanı da bağladılar və bizi mühasirəyə aldılar. 50-60 adam sarı geyimdə bizə hücum etdilər. Maşını armaturla, daşla, dəyənəklərlə vurdular. Bu hücumlar o qədər intensiv və anidən oldu ki, həyatımız üçün real təhlükə yarandı. Mənsum Bayramovun çevikliyi olmasaydı, indi tamam başqa cürə olacaqdı. Liman şəhərində avtomobili saxlayıb nəfəsimizi dərmək istədik. Bizə hücum edənlər maşınla arxamızca gəldilər və orada da hücuma məruz qaldıq. Bu kiminsə öz təşəbbüsü, özfəaliyyəti deyil. Bu, ölkə başçısının sırf sanksiyalaşdırdığı siyasi terror aktıdır”, Fuad Qəhrəmanlı bildirib.

AXCP hadisə ilə bağlı bəyanatla çıxış edib.

AXCP hakimiyyəti tarixdən ibrət dərsi almağa, öz rəqibləri ilə əxlaq və qanun çərçivəsində davranmağı, bugünkü müxalifətin sabahkı hakimiyyət olacağını unutmamağa çağırır.


“AXCP ölkədə siyasi fəaliyyətin artıq həyati təhlükə həddinə çatdığını xüsusi həyəcanla yerli və beynəlxalq birliyə bəyan edir. Siyasi opponentlərə bu sayaq davranışın adı siyasi terrordur və onun təşkilatçıları, lümpen icraçıları öz məsuliyyətlərini anlamalı və zamanında hüquq qarşısında cavab verməyə hazır olmalıdırlar. Hüquq-mühafizə orqanları zorakılığın təşkilatçı və icraçılarını müəyyən edib onları ədalətli formada cəzalandırmasa, qəsdin arxasında Əliyev rejiminin durduğu barədə cəmiyyətdə heç bir şübhə qalmayacaq”,- deyə partiyanın bəyanatında qeyd olunur.

Baş verən hadisəyə hələ rəsmi münasibət bildirilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG