Accessibility links

AXCP Urmiyə gölünün qurudulmasına etiraz edir


AXCP Urmiyə gölünün qurudulmasına etiraz edir
AXCP Urmiyə gölünün qurudulmasına etiraz edir

Partiya hesab edir ki, beynəlxalq ictimaiyyət İranda Azərbaycan türklərinə qarşı baş verən dövlət səviyyəsində zorakılığa dərhal öz mövqeyini bildirməli və günahsız insanların həbs olunmasına, işgəncə görməsinə və qətlə yetiriməsinə son qoymaq üçün İran hakimiyyətinin siyasətinə zəruri müdaxilələr etməlidir.

Azərbaycan Respublikasında müxalifətdə olan Xalq Cəbhəsi Partiyası İranda Urmiyə gölünün qurudulmasına etiraz edən azərbaycanlıların zorakılıqlara məruz qalmasını pisləyən bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, beynəlxalq aləm İranda Azərbycan türklərinə qarşı baş verən dövlət səviyyəsində zorakılığa dərhal öz mövqeyini bildirməli və günahsız insanların həbs olunmasına, işgəncə görməsinə və qətlə yetiriməsinə son qoymaq üçün İran hakimiyyətinin siyasətinə zəruri müdaxilələr etməlidir.

AXCP hesab edir ki, bütün millətlər və xalqlar öz ölkələrində dinc və demokratik hüquqlara bərabər şəkildə malik olmalıdır. İran hakimiyyəti uzun illəridir qeyri-bəşəri metodlarla milli və siyasi hüquqlarını tələb edən Azərbaycan türklərinə qarşı xüsusi amansızlıqla davranır. “Öz xalqına qarşı amansız rəftardan çəkinməyən hər bir hökumət bilməlidir ki, zorakılıq və qan tökməklə xalqı uzun müddət idarə etmək mümkün deyil. Biz İran hakimiyyətini bu cür qeyri-bəşəri mövqeyindən dərhal əl çəkməyə, Azərbaycan cəmiyyətini isə öz soydaşlarımıza fəal siyasi, mənəvi dəstək verməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG