Accessibility links

AXCP-nin baş qərargahında partlayış [Video & Fotoqalereya] [Yeni video-zirzəminin icarədarı danışır]


AXCP-nin baş qərargahında partlayış
please wait

No media source currently available

0:00 0:01:30 0:00

AXCP-nin baş qərargahında partlayış

Partiya rəhbərliyi partlayışın qəsdən törədildiyini istisna etmir

Bu gün, martın 3-ü Bakı vaxtı ilə gecə saat 04:09 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Tələt Şıxaliyev küçəsi 8 ünvanında yerləşən mərkəzi qərargahında partlayış olub. İlkin məlumata görə, partlayış binanın zirzəmisində qaz balonunun partlamasından sonra yanğınla müşayiət edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olsa da, binaya ciddi ziyan dəyib. Amerikanın Səsinin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. "Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur" deyə Amerikanın Səsinin müxbərir bildirir.

AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen Amerikanın Səsinə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib. "Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb" deyə adının çəkilməsini istəməyən biznesmen bildirib.

AXCP rəhbərliyi partlayışın qəsdən törədildiyini istina etmir.

Partiyanın baş qərargahı bu binaya keçən ilin noyabrda köçürülüb.

Xatırladaq ki, son günlər AXCP Gənclər Komitəsinin bir neçə üzvü həbs edilib.

AXCP-nin qərargahında partlayış barədə şahid danışır
please wait

No media source currently available

0:00 0:01:21 0:00

Zirzəminin icarədarı, Orada qaz balonu olmayıb

AXCP qərargahında partlayış - zirzəminin icarədarı danışır
please wait

No media source currently available

0:00 0:00:58 0:00

XS
SM
MD
LG