Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı saxlanılıb.
AXCP-nin məlumatına görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanılıb və məhkəmənin qəraraı ilə ona 60 sutka inzibati həbs verilib. İsgəndərlini iki gün qabaq Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə polislər həbs edib.
Rəsmi qurumlar AXCP fəallarının həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.
Ailə üzvlərinin dediyinə görə İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
AXCP-nin digər məlumatında deyilir ki, avqustun 20-də daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib.
“Səbəb kimi əsasən Facebook-da sərt yazıları göstərilir.”
AXCP fəallarının İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə cəzalandırldığı barədə məlumat əldə edə bilməyib.
Rəsmi qurumlar isə AXCP fəallarının həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.
Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin 60-dan çox fəalı saxlanılıb. Onlardan 54 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.
AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.
Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.