AXCP fəalı: Tofiq Yaqublu azad olunanadək aclığı davam etdirəcəyəm
Milli Şuraının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu 6-cı gündür aclığı davam etdirir. Artıq Yaqubluya dəstək məqsədi ilə sentyabrın 7-dən dörd nəfər Müsavat Partiyasının qərargahında onlara ayırılmış otaqda aclıq aksiyasını davam etdirir. Onlardan 1 nəfər sentyabrın 2-dən, 2 nəfər isə hökm oxunan gündən, yəni, sentyabrın 3-dən aclıq aksiyasını keçirir. Bu gün isə Müsavat partiyasının gənclər komitəsinin sədri həmin aksiyaya qoşulub. Aksiyaya qoşulmaq istəyənlər Müsavat Partiyasına aksiyanı davam etdirmək üçün yer ayırması xahişi ilə müraciət edib. Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, qərargahda aclıq aksiyasını keçirmək üçün yer ayırılacağı gözlənilir.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi