Accessibility links

AXCP fəalı saxlanılıb


please wait

No media source currently available

0:00 0:00:59 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov dünən, avqustun 11-də saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova bildirib.

“Aqil dünən axşam saat 17.30-da evə gəlib yemək yeyib getdi. Sonra ona dəfələrlə zəng etdim, telefonuna zəhg çatmadı, Bundam sonra Daxili İşlər Nazirliynin 102 Xidmətinə (102 Zəng Mərkəzi-red) zəng etdim. Nəhayət, gecə saar 01.30-da mənə polisdən zəng edib dedilər ki, Aqil Xəzər rayon Polis İdarəsində şübhəli şəxs qismində salxanılıb,” o qeyd edib.

Aqil Hümbətovun saxlanılmasını rəsmi qurumlar təsdiq edib.

“Avqustun 11-də Aqil Hümbətov Bakının Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirib. Bu səbəbdən polis tərəfindən saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir,” Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə deyiblər.

Aqil Hümbətov iqtidarın tənqidçisi kimi tanınır. O, bundan öncə də saxlanılıb, iki dəfə psixiatriya xəstəxanasına salınıb.

Belə ki, Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG