Accessibility links

AXCP fəalı həbs edilib


Aprelin 16-da Xətai rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovu 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə AXCP məlumat yayıb.

"Əhmədov dünən, aprelin 15-də evdən çıxarkən polis tərəfindən saxlanılıb. O 8103 qısa nömrəsinə sms yazaraq evdən çıxab və bir neçə dəqiqə sonra saxlanılıb. Fəalın atası səhər öyrənə bilib ki, o, Xətai Rayon Polis Idar'sinin 34-cü Polis Bölməsindədir. Orada ona qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub və o məhkəməyə aparılıb," məlumatda deyilir.

Partiyanın məlumatında bildirilir ki, partiya fəalları SMS-icazə aldıqdan sonra da saxlanılır.

"Birdəfəlik desinlər ki, SMS-icazələrin AXCP üzvlərinə aidiyyatı yoxdur", AXCP qeyd edir.

Partiyanın məlumatında deyilir ki, Azərbaycan hakimiyyəti artıq dünyada koronavirus pandemiyasından da öz tənqidçilərini və siyasi müxalifəti repressiyaya məruz qoymaq üçün istifadə edən rejim kimi tanınır.

“Amma təəssüf ki, səhvini anlayıb geri çəkilmək əvəzinə daha artıq rüsvayçılığa gedir, AXCP bildirir.

Niyaməddin Əhmədov ictimai əsaslarla AXCP liderinin mühafizəsində iştirak edib. Bir müddət əvvəl Kərimlinin digər mühafizəçisi Ruslan Əmirov həbs edilib.

AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.

Azərbaycan Daxili İşlər Nazirliyi karantin rejiminin tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir.

Nazirliyin məlumatına görə, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir.

XS
SM
MD
LG