Accessibility links

AXCP fəalı həbs edilib


Faiq Rəşidov
Faiq Rəşidov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Faiq Rəşidov inzibati qaydada 10 sutka müddətinə həbs edilib.

AXCP-nin məlumatında deyilir ki, Rəşidov iyunun 26-da İsmayıllı şəhərində yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Bu gün, iyunun 27-də isə rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (yayılması qadağan olunmuş informasiyanın informasiya İnternet-resursunda yerləşdirilməsi, həmçinin belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi üzrə təqsirli bilərək 10 sutka həbs edib.

AXCP ittihamı uydurma hesab edir, fəalın sosial şəbəkələrdəki tənqidi yazılarına görə həbs edildiyini və bu həbsi ifadə azadlığının pozulması kimi dəyərləndirir.

Partiyada qeyd edir ki, bundan öncə də Rəşidov öz siyasi baxışlarına və sosial şəbəkələrdə fəallığına görə dəfələrlə təzyiqlərə məruz qalıb.

Hüquq mühafizə orqanları siyasi fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

AXCP-nin məlumatına görə, karantin rejimi dövründə bu partiyanın 30-dan çox fəalı inzibati qaydada, 3 fəalı cinayət təqibi ilə həbs edilib. Onlardan iki nəfəri karantin dövründə iki dəfə həbsə məruz qalıb. AXCP sədrinin iki mühafizəçisi və köməkçisi də həbs edilənlər sırasındadır.

XS
SM
MD
LG