Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin təlimatçısı Ramid Nağıyev mayın 6-da Bakının Nizami rayonu ərazisindəki bank şöbələrindən birində ödəniş edərkən saxlanılıb. Onun SMS icazəsi olub. Buna baxmayaraq Nizami rayon Məhkəməsinin qərarı ilə Ramid Nağıyev 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP məlumat yayıb.

“Ramid Nağıyevin ailə üzvlərinə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqsindən biliriblər ki, 30 sutka inzibati həbsə məhkum edilib,” AXCP-dən Amerikanın Səsinə deyiblər.

Onun nədə günahlandırıldığı bəlli deyil.

AXCP-nin məlumatına görə, karantin dövründə 13 fəal inzibati, 1 fəal cinayət təqibi qaydasında həbs edilib. Bir fəal isə Psixiatriya Xəstəxanasına salınıb.

XS
SM
MD
LG