Accessibility links

AXCP fəalı 1 il azadlıqdan məhrum edilib


Məhəmməd İmanlı
Məhəmməd İmanlı

Qarabağ mitinqində iştiraka görə həbs olunan AXCP üzvü Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə dekabrın 1-də Bakının Sabunçu rayon Məhkəməsində hakim Mirheydər Zeynalov qərar çıxarıb.

Noyabrən 30-da dövlət ittihamçısı məhkəmədən onun barəsində 1,6 il həbs cəzası istəyib.

Prokuror deyib ki, İmanlıya Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Amma Məhəmməd İmanlı və vəkili dövlət ittihamçısının dedikləri ilə razılaşmayıb.

Məhəmməd İmanlı bu ilin iyulunda – orduya dəstək yürüşündən sonra həbs olunan 50-yə qədər AXCP fəalından biridir.

"Dəyərli gənclərimiz Aqil Məhərrəm, Orxan Baxışlı, Məhəmməd İmanlı və digərləri günahsızdır, onların təqsirliliyi məhkəmədə sübut olunmayıb, hamısı siyasi məhbus siyahısındadır," hüquq müdafiəçisi Samirə Ağayeva qeyd edib.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Aksiya ilə bağlı həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si noyabrın 16-da azadlığa buraxılıb. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabağ əlili Asif Yusifli də var.

Sözügedən şəxslər Səbail rayon Məhkəməsinin qərarıyla həbsdən çıxıb. Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror vəsatəti təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqlarının olması, onların az ağır cinayətdə ittiham edilməsi, daimi yaşayış yerlərinin olması və s. hallarla əsaslandırıblar.

Vəsatətə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxaraq onun təmin olunmasına qərar verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG