Accessibility links

AXCP fəallarının məhkəməsi davam etdirilib


Bu gün, mayın 18-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı baş verən hadisələrlə bağlı həbs edilən şəxslərin cinayət işi üzrə təqsirləndirilən 12 nəfərin məhkəmə prosesi 1 zərərçəkmişin və 2 şahidin ifadələrlə davam etdirilib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat İdarəsinin rəis müavini Ağayev Samir bildirib ki, hadisə zamanı 20-dən çox polis avtomobilinə ziyan dəyib, onlardan ikisini təmir etmək mümkün olmayıb və dəyən ziyanın ümüumi məbləği təxminən 55 min manatdır.

Zərərçəkmiş qeyd edib ki, maddi ziyanın məbləği ilə bağlı rəyini Fiat şirkətindən dəvət olunmuş mütəxəssislər verib. O əlavə edib ki, hazırda onun təqsirləndirilən şəxslərə iddiası yoxdur, lakin məhkəmə hadisəni törədən şəxsləri müəyyənləşdirəndən sonra həmin şəxslərə qarşı mülki qaydada məhkəmə iddiası qaldırılacaq.

Xətai Rayon Polis İdarəsinin əməkdaşı Səxavət Babayev qeyd edib ki, hadisə günü onlar Milli Məclisin önünə gətirilib. Onun sözlərinə görə, ona daş atılıb, lakin kim tərəfindən atıldığını görməyib.

Digər polis əməkdaşı Baxşəli Bəhram da oxşar ifadə verib, lakin ifadəsində "normal insan həmin vaxtı küçədə ola bilməz" sözlərini işlədib. Bu da təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Onlar etiraz edərək bildirib ki, dövlətə, vətənə, şəhidlərə dəsətək məqsədi ilə aksiyaya gəliblər, təxribat törətməyə gəlməyiblər.

Növbəti məhkəmə prosesi mayın 25-ə təyin edilib.

Bu qrupda 12 nəfər məhkəmə qarşısına çıxarılır. Onlardan 6 nəfəri, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleyman, Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Gündüz Mirzəyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.

Ümumilikdə cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlament binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG