Accessibility links

AXCP fəalı təcridxanaya köçürüləcək


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov, bu gün, avqustun13-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstinaq Təcridxanasına köçürüləcək.

Bu barədə Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib.

“Aqili Bakının Xəzər rayon Polis İdarəsində saxlayırlar. Dünən ona paltar və yemək apardım. Özü ilə görüşümə imkan vermədilər. Müstəniqi ilə görüşdüm. Müstəntiq dedi ki, konkret olaraq cinayət əməlinə görə saxlanılıb. Bu gün, iyunun 13-də Şüvəlan təcridxanasına göndərilıəcək,” o qeyd edib.

Daxili İşlər Naziyliynin Mətbuat Xidməti Aqil Hümbətovun avqustun 11-də Bakının Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirdiyinə görə saxlanıldığını bildirib.

Hümbətovun həyat yoldaşı onun kiməsə xəsarət yetirməsinə inanmır. O bildirib ki, Aqil Hümbətov bir qayda olaraq şərlənərək həbs edilir.

“Bundan öncə də onun üzünə bir qadını qoydular, şərləyərək psixiatiriya xəstəxanasına yerləşdirdilər,” o qeyd edib.

Aqil Hümbətov iqtidarın tənqidçisi kimi tanınır. O, bundan öncə də saxlanılıb, iki dəfə psixiatriya xəstəxanasına salınıb.

Belə ki, Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG