Accessibility links

AXCP fəalı sərbəst buraxılıb - "xəstəxanada acınacaqlı durum var"


Aqil Hümbətov
Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov aprelin 1-də Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixatriya Xəstəxanasından evə buraxılıb.

Bu barədə Hümbətovun özü facebook-da canlı yayımda bildirib.

Hümbətov bildirib ki, tənqidi çıxışlarından sonra onu iş yerində saxlayıblar.

“Məhkəmənin qərarı ilə icbari iş kimi Bakının Zirə qəsəbəsində bələdiyyədə işləyirəm. Biz bir neçə fəhlə Zirə qəsəbəsində yolun kənarlarını, zibilxanaları təmizləyirik. Martın 30-da zibilləri təmizləyən zaman iki mülki geyimli şəxs məni zorla saxlayaraq polis avtomobilinə apardı. Avtomobilin ətrafında 10-12 polis əməkdaşı da var idi. Mən dedim ki, məhkəmənin qərarını icra edirəm. Onlardan saxlanmam barədə sənəd tələb etdim. Məni zorla 1-ci Polis Bölməsinə apardılar. Üzərimdə axtarış apardılar. Telefonumu istədilər. Üzərimdə telefon yox idi. İki saat polis bölməsində qaldıqdan sonra təcili yardım maşını gəldi və məni Psixiatriya Xəstəxanasına apardı. Orada yoxladılar. Qızdırmam var idi. Həkim dedi ki, bunun qızdırması var, qəbul edə bilmərik. Həkimlər məni xəstəxanaya götürmürdülər. Polislər nə dedisə xəstəxanaya götürdülər. Məni infeksiya şöbəsinə yerləşdirdilər. Orada qızdırmaya qarşı dərman verdilər, istiliyim düşdü. Dedim ki, xəstə deyiləm. Həkimlər də deyirdi ki, sən normal adamsan, xəstə deyilsən. 3 gün, 2 gecə orada qaldım. Məni qapalı yerdə saxlayırdılar. Hərəkətlərimi video kamera çəkirdi. Ora elə qapalı, cansıxıçı yerdi ki, ağıllı adam bezib dəlilik edər. Televizor belə yoxdur. Mənimlə birgə bir xəstə də saxlayırdılar. Həmin xəstə mənə hücum edir, əlini gözümə soxurdu, divara dırmaşırdı. Onun əlini-ayağını bağladılar. Sanitar həkim deyir xəstəyə iynə vurun yatsın, sakitləşsin. Digərləri deyirdi başına vurun sakitləşsin. Onun əl-ayağını açdım, çimizdirdim. Xəstə özünə gəldi, rahatlandı və yatdı. Orada xəstələrə münasibət belədir. O xəstə kirin içərisində yanırdı. Xəstəyə diqqət-qayğı yoxdur. Həmin xəstənin bədənindən kiri gedəndən sonra danışmadı, yatdı, daha mənə hücum etmədi, divarları döyəcləmədi,” o qeyd edib.

Onun əl-ayağını açdım, çimizdirdim. Xəstə özünə gəldi, rahatlandı və yatdı. Orada xəstələrə münasibət belədir. O xəstə kirin içərisində yanırdı. Xəstəyə diqqət-qayğı yoxdur. Həmin xəstənin bədənindən kiri gedəndən sonra danışmadı, yatdı, daha mənə hücum etmədi, divarları döyəcləmədi.
Aqil Hümbətov, AXCP fəalı

Fəala qarşı xəstəxanada ilk anda münasibət kobud olub. Lakin sonradan münasibət dəyişib.

“Mən oraya gələndə həkimlərin münasibəti çox kobud idi. Biləndə ki, məni siyasi baxışlarıma, tənqidlərinə görə şərləyiblər. Sonra mənə münasibət dəyişdi.”

Aqil Hümbətov saxlanması ilə bağlı qərardan danışarkən ironiya ilə iqtidara işarə edərək deyib ki, `bunlar normal şərləməyi də bacarmırlar`

“Düz-qoş ediblər ki, guya mən ictimai yerdə şalvarımı çıxarmışam. Məhkəmənin qərarı da var idi. Mən Zirə camaatına müraciət edirəm. Öz vicdanınıza söykənin, biriniz deyin ki, mənim kobud hərəkətimi görübsünüz? İş yoldaşlarım desin ki, mən hansı nalayiq hərəkət etmişəm. Tam şər-böhtandır. Məni şərləyiblər. Amma bunlar normal şərləməyi də bacarmırlar. Heç olmasa, normal şər atın,” AXCP fəalı qeyd edib.

Nəhahyət aprelin 1-də Sabunçu rayon Məhkəməsinin hakimi xəstəxanaya gəlib və fəalın evə buraxılması barədə məhkəmənin qətnaməsini təqdim edib.

“Qətnaməni hakimdən təhvil aldım. Xəstəxanadan məni çıxardılar. Xəstəxanaya aparılanda cəmi 70 qəpik pulum var idi. Onu da itirmişdim. Hakim taksi çağırdı. Cibindən 17 manat pul verdi və evimizə gəldim,” o, hakimə minnətdarlıq edib.

Aqil Hümbətov 1 saylı Psixiatriya Xəstəxanasında acınacaqlı durum olduğunu deyib.

"Xəstəxanadakı dumum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixatriya Xəstəxanasında vəıziyyət çox acınacaqlıdır. antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyytədə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstələrə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstlələrin istifadə etdiyi sanitar qovşaqda tam antisanitariyadır. Adam oraya girə bilməz. Oradakı virus, mənim işlədiyim zibilxanadandan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada böyük virus, xəstəlik tüğyan edir," Aqil Hümbətov qeyd edib.

Rəsmi qurumlar Hümbətovun saxlanılması və xəstəxanadakı durumla bağlı dediklərinə hələ münasibət bildirməyib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG