Accessibility links

Avstraliyalı kardinal cinsi istismarda təqsirli bilinib


ABŞ mətbuatı xəbər verir ki, avstraliyalı kardinal Corc Pel cinsi istismarda günahkar tanınan ən son Vatikan rəsmisidir.

Pelin məhkəməsi və Vatikanın xəzinədarına qarşı ittihamlarla bağlı təfərrüatlar məhkəmə qərarı ilə ictimaiyyətə açıqlanmır və bu səbəbdən də Avstraliyadakı bütün media orqanlarına məsələ ilə bağlı xəbər yaymaları qadağan olunub.

Hökm 1990-cu illərdə xorun üzvü olan iki oğlanın istismarı ilə əlaqəlidir. Bütün ittihamları rədd edən Pelin apellyasiya şikayəti edəcəyi gözlənilir.

O, gələn il başqa ittihamlarla digər bir məhkəməyə çıxarılacaq.

Pel və çilili Fransisko Ksavier Errazuriz Doqquzlu Qrup və ya C9 adlanan Kardinallar Şurasına artıq üzv olmayacaq.

Errazuriz Santyaqonun arxiyepiskopu ikən cinsi istismar hallarını ört-basdır etməkdə günahlandırılıb.

Bu kardinalların heç biri əvəzlənməyəcək.

XS
SM
MD
LG