Avstraliya alimlərinin qənaətincə, təhlükəli hörümçəyin zəhəri iflic xəstələrinin sağalma şansını artıra bilər. Onlar Freyser adasında yaşayan hörümçəyin ifraz etdiyi neyrotoksin maddəsinin tərkibindəki molekulun beynə zərbənin qarşısını ala bildiyi qənaətinə gəlib.
Bu hörümçəyin zəhəri insanı 15 dəqiqə ərzində öldürə bilər. Eyni zamanda həmin insanın həyatını xilas edə bilər. Belə ki, ondan beyində zədələnmənin qarşısının alınmasında istifadə edilə bilər. Alimlər deyirlər ki, zəhərdəki toksinlər iflic baş verdikdə hüceyrələrin ölməsinə aparan yolları bağlayır.
Queenland universitetinin alimləri bu zəhərin iflic olan xəstə xəstəxanaya çatdırılana qədər onu qoruya biləcəyini deyirlər. Həkimlər tez-tez iflic xəstələrinə lazımi qayğı göstərmək və dərmanların təsirini görmək üçün dörd saat yarımlıq 'pəncərə' haqda danışırlar. Xəstəxanadan uzaq yaşayanlar üçün bu müddət riskli ola bilər.
Tədqiqat qrupunun fikrincə, paramediklər xəstələrdə iflicin səbəb olduğu beyin zədələnməsinin qarşısını alan hörümçək zəhərini tez bir zamanda inkişaf etdirməlidirlər.
Professor Qlin Kinq aparıcı alimlərdəndir.
“Beyində turşu əmələ gəlir və sizin beyninizdəki neyronlara gedən kiçik bir ion kanalı var ki, həmin o kiçik kanal PH-n azaldığını hiss erdir. O zaman o, işə başlayır və hüceyrələrin öldürən yolları açır və sizin beyninizdəki neyronlar ölməyə başlayır. Bizim Freyser adasının hörümçəyində aşkar etdiyimiz zəhərdə həmin kanalın yolunu bağlayan və neyronların ölməsinin qarşısını alan maddə var.`
Freyser adası hörümçəyi Avstraliyanın Queensland ştatında unikaldır. Onlar torpağın altında qurduqları yuvalarda və qumun altında yaşayır.
Kliniki nəticələr hələ uzaq olsa da, tədqiqat qrupu təcrübələrin müvəffəqiyyətlə başa çatdığını deyir.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, iflic dünya boyu ölümə səbəbə görə ikinci, əlilliyə görə isə üçüncü yerdədir.