Avstraliya polisi mütəşəkkil cinayətkar qrupları narkotik maddələr, silah və partlayıcı qurğularla təmin etməkdə şübhəli bilinən 19 nəfəri həbs edib.
Avstraliya polisi Reuters xəbər agentliyinə həbslərin bu gün Nyu South Vales ştatı boyu keçirildiyini deyib.
Polis sübh tezdən zabitlərin Sidneydə və digər şəhərlərdə reydlər keçirdiyini, iki odlu silah və sursat, narkotik maddələr, bir səksəndirici tapanca, böyük miqdarda pul, bir avtomobil və gülləkeçirməyən gödəkcə müsadirə etdiyini deyib.
Polis əməliyyat rəisi Miki Ploteki deyib ki, saxlanılan şübhəli şəxslərin bəziləri silahlı cinayətdə təqsirləndirilərək, 15 ildən çox və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.
Ploteki polisin reydlər zamanı ələ keçirilmiş saxta pulların mənbəyini də araşdırdığını deyib.