Accessibility links

Avropanın ABŞ-Rusiya sammitinə münasibəti [video]


Avropanın ABŞ-Rusiya sammitinə münasibəti
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Avropanın ABŞ-Rusiya sammitinə münasibəti

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Helsinkidə rusiyalı həmkarı Vladimir Putinlə sammitdən sonra ABŞ və Rusiya arasında “qeyri-adi” münasibətlərin olacağını əvvəlcədən söyləyib. Avropada isə ABŞ prezidentinin Moskva ilə əlaqələrin yaxşılaşmasına hazırlığı ilə bağlı narahatlıq artmaqdadır. Rusiyanı Krım yarımadasının ilhaqı, MH17 təyyarəsinin vurulması, keçmiş casusu hədəf almaq üçün Britaniya ərazisində əsəb qazından istifadə etmək və bir çox başqa işlərdə ittiham edilir.

Avropanı lərzəyə gətirən görüş: öz yaxın müttəfiqi saydığı ABŞ-ın dövlət başçısı çoxlarının fikrincə aydın təhlükə yaradan Rusiyanın dövlət başçısı ilə səmimi görüş keçirib. Görüş zamanı Rusiyanın Krım yarımadasının ilhaqı qısaca da olsa qeyd edilib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Prezident Trampın Krımla bağlı mövqeyi hamiya bəllidir və o buna sadiq qalıb. Donald Tramp Krımın Rusiya Federasiyasına qanunsuz birləşdirilməsindən danışıb. Lakın onların fərqli baxışları var. Putin düşünür ki, onlar beynəlxalq qanunlara və BMT-nin Nizamnaməsinə tam uyğun olaraq referendum keçiriblər. Onlar üçün, Rusiya Federasiyası üçün bu məsələ bağlanıb.

Kiyevdə və Avropada bir rahatlıq hissi var- Tramp rusiyalı həmkarını Krımla bağlı dəstəkləməyib. Lakin mətbuat konfransının tonu Amerikanın bir çox müttəfiqini narahat edib.

Praqa Beynəlxalq Əlaqələr İnstitutunun nümayəndəsi Mark Qaleotti "Skype" vasitəsilə verdiyi müsahibə zamanı söyləyib ki, onun az qala Avropa İttifaqı ilə Rusiya, Qərb və Rusiya və eləcə də Birləşmiş Ştatlar və Rusiya arasında saxta mənfi mənəvi bərabərlik yaratmağa meyl göstərmək səviyyəsi çoxlarını heyrətləndirərdi. Amma görüş heç bir istiqamətə yönəlmədiyinə görə o, Qərbin gündəmindən kənardır, Krımın ilhaqından geri çəkilməyə çalışmaq kimi məsələlərdən uzaqdır.

ABŞ-ın Rusiyadakı sabiq səfiri Tomas Pikeringin sözlərinə görə, prezident Tramp üçün bu görüşün məqsədi ölkə daxilində gündəm üçün əhəmiyyətli idi.

ABŞ-ın Rusiyadakı sabiq səfiri Tomas Pikerinq deyib ki, ABŞ seçkilərində dünyanın qalan hissəsi səs vermir. Trampın seçiciləri ABŞ-da bu cür davranışla bir il və doqquz aydır onunla qalıb.

Avropa İttifaqının bazar ertəsi Latın Amerikası ölkələrinin liderləri ilə görüşündə ABŞ prezidentinin onun müttəfiqlərinə münasibəti ilə bağlı aydın məyusluq müşahidə edilirdi.

Almanıyanın Avropa məsələləri üzrə naziri olan Maykl Roth bildirib ki, ABŞ prezidenti təhrik etmək istəyir. O, Avropa İttifaqını parçalamaq istəyir. O Avropanı düşmən olaraq görür. Lakin bu belə deyil.

Təhlilçi Mark Galeotti bildirib ki, sərt münasibətə baxmayaraq, Avropa Donald Trampın prezidentliyi dövründən uğurla çıxmağa çalışacaq.

Praqa Beynəlxalq Əlaqələr İnstitutunun nümayəndəsi Mark Qaleotti "Skype" vasitəsilə verdiyi müsahibə zamanı söyləyib ki, Trampın kampaniyasının qüsurlu yan təsirlərinin-faydalarından biri odur ki, bu Avropanı məsələyə daha ciddi yanaşmağa məcbur edə bilər. Beləliklə də, Avropa Amerikanın arxasında sığınmaq deyil, həqiqətən də hansı siyasəti yürütmək istədiyi məsələsində ön plana çıxa bilər.

Sammit 2014-cü ildə MH17 təyyarəsinin vurulmasının ildönümü ərəfəsinə təsadüf edirdi. Müstəqil təhqiqatçılar onun Rusiya raketi tərəfindən vurulduğunu bildirir.

Rusiyanın bu ittihama adekvat cavab verməməsi beynəlxalq normaların ciddi pozulması halları ilə bağlı artan siyahıya əlavə olundu. Bu isə o deməkdir ki, Qərbin çox az sayda lideri Moskva ilə əlaqələrin yaxşılaşdırılması üçün prezident Trampdan nümunə götürməyə hazırdır.

XS
SM
MD
LG