Accessibility links

Avropada soyuq hava şəraiti onlarla insanın ölümünə səbəb olub


Avropa ölkələrində soyuq hava şəraiti nəicəsində son iki gün ərzində onlarla insan həyatını itirib. Onların çoxunun evsiz insanlar və miqrantlar olduğu deyilir. Soyuq hava şəraitinin davam edəcəyi gözlənilir.

Fransanın mərkəzində avtobusun buz bağlamış şosse yolunda aşması nəticəsində dörd portuqaliyalı turist ölüb, 20 nəfər xəsarət alıb. Yerli əhali arasında bu yol "ölüm yolu" adı ilə tanınır.

40 nəfərlik avtobus Fransadan İsveçərəyə gedirdi. Rəsmiləri sürücünün sürüşkən yolda nəzarəti itirdiyinə inanır
Polşada hava temperatunun mənfi 14 dərəcəyə düşdüyü şəraitdə 10 nəfərin öldüyü bildirilir.

İtaliyada soyuq hava şəraiti yeddi nəfərin ölümünə səbəb olub. Onların arasında beş nəfər evsiz insan, iki nəfər isə Polşa vətəndaşı olub.
İtaliyada qar tufanları nəticəsində Bari və Brindisi, eləcə də Siciliyada hava limanları bağlanıb.

Praqanın təcili yardım xidməti üç nəfərin öldüyü haqda məlumat verib. Onların ikisi evsiz insan, üçüncü şəxs isə qaravolçu olub.

Moskvada hava temperaturu gecə mənfi 30 dərəcəyə düşüb. Polis temperaturun mənfi 24 dərəcəyə qədər endiyi Sank Peterburqda hipotermiya nəticəsində ölmüş kişi cəsədi aşkar edib.

İstanbulda Bosfor körfəzidən keçən ağır yüklü konteyner gəmisi az qala sahilə dəyib. Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Avropanın ən məşğul gəmiçilik yollarından biri olan Bosfor qarlı hava nəticəsində bağlanıb.

İstanbulda qar tufanı Atatürk hava limanında Türk hava yolları şirkətinin 650-dən çox uçuşunun təxirə salınmasına səbəb olub.

Rəsmilər soyuq hava şəraitinin davam etməsi nəticəsində ölüm hallarının artıq ola biləcəyini gözləyir.

XS
SM
MD
LG