Accessibility links

Avropa Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, birinci qərar mülkiyyət hüquqlarının pozulmasına aiddir. İkincisi vətəndaş Qafqaz Məmmədovun Bakıda keçirilən icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsi barədədir.

Avropa Məhkəməsinin qərarına görə, Q.Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyasının azadlıq hüququ, ədalətli araşdırma, vəkillə təmin olunma və toplaşma azadlığı ilə bağlı 5, 6.1, 6.3 və 11-ci maddələri pozulub.

Vəkil bildirib ki, Azərbaycan hakimiyyəti Q.Məmmədova 18050 avro məbləğində kompensasiya ödəməlidir.

Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayı yüzlərlədir. Şikayətlərin əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG