Accessibility links

Avropa Şurasında konfransda Azərbaycan ifadə azadlığı pozuntularına görə tənqid edilib [Video]


Avropa Şurasında ifadə azadlığı konfransı
Avropa Şurasında ifadə azadlığı konfransı

Avropa Məhkəməsinin hüquqşünası Qana Yudkivska öz çıxışında jurnalist Xədicə İsmayılovanın həbsini xatırladıb

Strasbuqrda keçirilən konfransda Azərbaycanın adı Türkiyə, Rusiya və Macarıstanla birlikdə mətbuat azadlığının ciddi şəkildə pozulduğu ölkələr arasında çəkilib.

Bu gün açılan konfrans Avropa Şurası tərəfindən təşkil edilib və ifadə azadlığına həsr edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünası Qana Yudkivska öz çıxışında jurnalist Xədicə İsmayılovanın həbsini xatırladıb.

“Media Legal Defence Iniciative”dən Nani Yansenin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:06 0:00

“Media Legal Defence Initiative”dən Nani Yansen də Xədicə İsmayılovanın işinə diqqət çəkib. Jurnalistin hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdığına görə həbs edildiyini qeyd edib.

Avropa Şurasında ifadə azadlığı konfransı
Avropa Şurasında ifadə azadlığı konfransı

“Prokurorluq İnternetdə onun intim həyatından kadrların yayılmasını və şəxsi həyatına müdaxiləni araşdırmayıb. Təzyiqə və qarayaxma kampaniyasına təslim olmadıqdan sonra o, uydurma ittihamlarla həbs edilib”.

Tədbirdə iştirak edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Anar Bağırov tənqiddən və Azərbaycanın adının tez-tez mənfi formada yad edilməsi ilə bağlı narazılığını bildirib. O, rəsmi Bakının ölkədə mətbuat azadlığının təmin edilməsi, əhalinin 70%-nin İnternetə çıxışı olduğu haqqında mövqeyini təkrar edib. Jurnalistləri isə, Bağırovun sözlərinə görə, konkret cinayətlərə görə təqib edirlər.

“Media Legal Defence Iniciative”dən Nani Yansenin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini Müşfiq Ələsgərli də təxminən bu məzmunda çıxış edib, Azərbaycanın adının tez-tez mənfi kontekstdə qeyd edilməsi ilə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, Azərbaycanın tənqidçiləri birtərəfli və qərəzli informasiyadan istifadə edir.

“Sərhədsiz reportyorlar”ın rəhbəri Kristof Deluar AŞ-ın jurnalistlərin müdafiəsi üçün nə edə biləcəyi haqda danışarkən jurnalistlərin müdafiəsi üzrə xüsusi məruzəçi təyin edilməsinin zərurətini qeyd edib.

Forumun digər iştirakçıları bu ideyanı dəstəkləyiblər, problemli ölkələrdə tənqidin və monitorinqlərin qərəzlilik göstəricisi olmadığını, problemlərin tədqiq edilməsi və həlli məqsədinə xidmət etdiyini qeyd ediblər.

XS
SM
MD
LG