Accessibility links

İsrailin baş naziri Tereza Meylə görüşüb


İsrailin baş naziri Benyamin Netanyahu Avropa liderlərini İranla beynəlxalq nüvə razılığını dəyişməyə inandırmağa həsr etdiyi üç günlük Avropa səfərinin son dayanacağı olan Londonda Britaniya baş naziri Tereza Meylə görüşüb.

Netanyahu çərşənbə axşamı Fransada prezident Emmanuel Makronla görüşüb və sanksiyaların aradan qaldırılması qarşılığında İranın nüvə proqramını məhdudlaşdıran Paris sazişinin əleyhinə olduğunu bir daha bildirib.

İsrail lideri deyib ki, o, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda maraqlıdır.

“Mən Fransadan razılıqdan çıxmasını soruşmadım. Düşünürəm ki, razılıq iqtisadi qüvvənin çəkisi ilə həll olunacaq. Lakin mən düşünürəm ki, burada iki ehtimal var. Ya İran bu təzyiq nəticəsində birtərəfli qaydada nüvə fəaliyyətini dayandıracaq, ya da gələcəkdə daha da yaxşı razılıq üçün danışıqlar olacaq” - deyə Benyamin Netanyahu bildirib.

Fransa və Avropanın digər qüdrətli dövlətləri hazırkı razılığın saxlanmasını və fərqli razılıqda İranla bağlı fərqli məsələlərin müzakirə edilməsini istəyir.

ABŞ prezidenti Donald Tramp nüvə razılığından çıxıb. Lakin İran müqaviləni qoruyub saxlamaq üçün razılıqda iştirak edən digər ölkələrə müraciət edib.

XS
SM
MD
LG