Avropa ölkələri koronavirusa yoluxanların sayında artım müşahidə edilməməsi uğrunda mübarizələrini davam etdirir.
Britaniya bir gün ərzində 12 872 yeni yoluxma fatının qeyd edildiyini bildirib. Hökumət bunu sentyabrın 24-dən okrtyabrın 1-dək yoluxanların sayının açıqlanmasının yubadılmasına səbəb kimi texniki nazaslıqları göstərib.
12 872 cümə günü bildirilən 6 968 yoluxma faltından təxminən iki qat çoxdur.
Fransa, həmçinin şənbə günü təsdiqlənmiş koronavirus infeksiyalarının yeni gündəlik rekordunu qırıb, Bu ölkədə təqribən 17 000 yeni yoluxma halı cümə günü qeydə alınan hallardan 5 000 çoxdur.
Con Hopkins Universitetinin məlumatına görə, hazırda Fransada 63 000 xəstə var. Fransada virusdan ölənlərin sayı 32 171 nəfər təşkil edir.
Ölüm hallarına görə Avropada Britaniya və İtaliya öndə gedir.
İrlandiyada son 24 saat ərzində 613 yoluxma faktı qeydə alınıb. Bu, aprel ayı qapanmalardan sonra ən yüksək gündəlik göstəricidir.
5 milyon əhalisi olan İrlandiyada virusa yoluxanların sayı 37 mindən çoxdur.