Reuters agentliyinin bildirdiyinə görə, Avropa İttifaqı bu gün İrandan neft ixracını dayandırıb və ABŞ-la bərabər İrana qarşı bir sıra yeni iqtisadi sanksiyalar tətbiq edib. İranda bir siyasətçi buna cavab olaraq qlobal neft yolu olan Hörmüz boğazını bağlayacaqlarını təkrarən bildirib. Başqa bir siyasətçi isə Tehranın Avropa İttifaqına daxil olan ölkələrə axan nefti dərhal dayandırmaq təklifini edib. Bu Yunanıstan, İtaliya və İranın xam neftindən asılı olan Avropa İttifaqının başqa ölkələrinin iqtisadi durumuna mənfi təsir edə bilər.
Bəzi analitiklərin fikrincə, nüvə silahı istehsal etdyini inkar edən İran gələn il nüvə silahı istehsal edə bilər.