Accessibility links

Avropa İttifaqı Azərbaycan da daxil olmaqla on iki ölkə üzrə hesabat yayıb

Avropa İttifaqının hesabatına görə, həbs edilən fəalların sayı artıb, korrupsiya əleyhinə mübarizə sahəsində tərəqqi qeyri-müntəzəm xarakter daşıyır, ölkəyə ağır təsirsiz ötüşən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan ili normal başa vurub. 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizinə dair Aİ-Azərbaycan Birgə Bəyannaməsi imzalanıb.

Avropa Komissiyası və Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi 26 may 2011-ci ildə “qonşuluq paketi” adlanan illik sənədləri dərc edib. Buraya Avropa Qonşuluq Siyasətinin (ENP) qiymətləndirilməsinə dair məlumat, 2010-cu ildə inkişafa dair Azərbaycan da daxil olmaqla 12 ölkə üzrə hesabat, sektor hesabatı və “Şərq Tərəfdaşlığı”na dair hesabat daxildir.

Avropa İttifaqının məlumatına görə, 2010-cu ildə Azərbaycanda demokratiya və insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli irəliləyiş baş verməyib. 2011-ci ilin ilk aylarında verilmiş məlumatlar həbs edilən fəalların sayının əvvəlki dövrlərlə müqayisədə artdığını göstərir. Siyasi dialoq və islahatlar (o cümlədən seçki prosesində islahat və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı islahat) sahəsində əlavə səylərin göstərilməsinə ehtiyac vardır. 2011-ci ilin əvvəlində prezident tərəfindən anti-korrupsiya kampaniyasının başladılmasına dair məlumat verilməsinə baxmayaraq, korrupsiya əleyhinə mübarizə sahəsində tərəqqinin qeyri-müntəzəm xarakter daşıdığı bildirilir.

2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar ən yüksək səviyyədə davam edib və bir sıra məsələlərlə yanaşı, əsirlərin qarşılıqlı dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilməsinə töhfə verib.

Azərbaycan 2010-cu ildə Avropa Qonşuluq Siyasətinin (ENP) Fəaliyyət Planının icrası üzrə müəyyən irəliləyiş (xüsusən, makro-iqtisadi sabitlik və yoxsulluğa qarşı mübarizə ilə əlaqədar sahələrdə) əldə edib. Ölkəyə ağır təsirsiz ötüşən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan ili normal başa vurub. Energetika sektorunda müsbət irəliləyiş baş verib, belə ki, 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizinə dair Aİ-Azərbaycan Birgə Bəyannaməsi imzalanıb. Mütəşəkkil cinayətkarlığa, terrorizmə, mülki dövriyyədən çıxarılmış əşyalarla qanunsuz ticarətə və insan alverinə qarşı mübarizə, həmçinin gender bərabərliyi sahələrində tərəqqinin baş verdiyini demək olar. Struktur islahatları sahəsində çox az nailiyyətlər əldə edilib, iqtisadiyyatın şaxələndirilməsi və inhisarçılıqdan azad edilməsi isə əsas makroiqtisadi problemləri təşkil edir.

Assosiasiya Sazişinə dair danışıqlar 2010-cu ilin iyul ayında başlanıb və həmin vaxtdan etibarən kifayət qədər irəliləyib. Bununla belə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (WTO) daxil olması ilə bağlı heç bir irəliləyiş əldə edilməyib.

XS
SM
MD
LG