Accessibility links

Avropanın bəzi ölkələrində havanın temperaturu mənfi 28 dərəcəyə düşüb


Avropanın böyük hissəsində şaxtalı hava şəraiti hökm sürür. Mənfi temperatur Polşada dəmiryol yollarında relslərin çatlamasına səbəb olub, istilik üçün yandırılan kömürün tüstüsü ölkənin şəhərləri üzərində dumana çevrilib, güclü yağıntılar nəticəsində İstanbul isə qara bürünüb.

Polşanın bəzi bölgələrində gecə havanın temperaturu mənfi 28 dərəcəyə düşüb. Bu, son 11 ildə temperaturun aşağı olduğu ən soyuq gecəsi olub. Bazar ertəsi Varşava şəhərinin iki stansiyasında dəmir yollarında relslərin çatlaması səbəbindən bir çox qatarın hərəkəti təxirə salınıb.

Şaxta səbəbindən daha çox daş kömür yandırıldığına görə Varşava və Polşanın digər bölgələri tüstüyə bürünüb. Varşavada tüstünün səviyyəsi o qədər yüksək olub ki, şəhər rəsmiləri insanları evdə qalmağa çağırıb.

Polşanın cənub-qərb sərhədindəki Çex Respublikasında bu ilin ən soyuq gecəsi ölkənin bir çox ərazilərində havanın temperaturu mənfi 20 dərəcədən aşağı düşüb.

Çex Respublikasının Hidro-Meteorologiya İnstitutunun verdiyi məlumata görə, mənfi 27 dərəcə temperatur bazar ertəsi Praqa şəhərindən 160 kilometr şərqdə Polşa ilə sərhəd yaxınlığındakı Orliçke Zahori dağ kəndində qeydə alınıb.

İstanbulda is güclü qar və buz səbəbindən yollar bağlanıb, avtomobillərin hərəkəti dayanıb. Yağıntılı hava şəraiti gün ərzində davam edib.

Almaniyada qarın yağması nəticəsində sürüşkən yollarda bazar günündən bazar ertəsinə keçən gecə bir neçə avtomobil qəzası baş verib.

XS
SM
MD
LG