Accessibility links

Avropa Parlamenti Belarus hökumətinə qarşı yeni sərt sanksiyalara çağırış edir


Avropa Parlamenti artan repressiyalar və müxalifət fəalı Roman Protaseviçin həbsi ətrafında yaranmış təyyarə qalmaqalına cavab olaraq Belarusa qarşı yeni geniş iqtisadi sanksiyaların tətbiq olunmasına və bir sıra digər mədudlayıcı tədbirlərin görülməsinə çağırır.

Aİ-nın millət vəkilləri 10 iyun tarixində məcburi olmayan qətnamə qəbul edərək bildirir ki, iqtisadi sanksiyalar Belarusun neft, potaş (kalium karbonat), polad və ağac emalı sənayesindəki dövlət şirkətlərini hədəf almalıdır.

Parlament Belarusun dövlət bankları ilə əməkdaşlığın və onlaırn maliyyələşdirilmələrinin dayandırılmalı və Belarusun SWIFT beynəlxalq bank sistemindən çıxarılmasının da nəzərdən keçirilməli olduğunu bildirib.

Avropa İttifaqı avtoritar lider Aleksandr Lukaşenko özü də daxil olmaqla 88 şəxsə və yeddi qurumun aktivlərini dondurmaq və viza qadağaları tətbiq etmək daxil olmaqla bu ölkəyə artıq üç tur sanksiya tətbiq edib.

Blok hətta Lukaşenko 23 may tarixində Ryanair-ə məxsus təyyarəni Minskə eniş etməyə məcbur etmədən əvvəl belə 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərində seçki saxtakarlığı və daha sonra insan haqları pozuntularına görə yüksək səviyyəli Belarus rəsmilərinə qarşı dördüncü raund sanksiyalar tətbiq etmək üzərində işləyirdi.

Qətnamədə Belarus rejimi "qanunsuz, qeyri-legitim və cinayətkar" hesab edilir.

Təyyarənin endirilməsi Lukaşenkonun hiyləgər davranışlarına cavab verməyi yenidən aktuallaşdırıb. Qətnamədə onun bu davranışlarının beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdid halına gəldiyi bildirilir.

Aİ millət vəkilləri deyib ki, "Ryanair təyyarəsinin "qaçırılması" və Minskə enməyə məcbur edildikdən sonra Protaseviçin sevgilisi ilə birlikdə həbs olunması beynəlxalq hüquqa zidd,"dəhşətli bir hərəkət" və "dövlət dəstəkli terror aktı" kimi qiymətləndirilir.

XS
SM
MD
LG