Accessibility links

Elçin Səfərov: Avropa Oyunlarında 20-yə yaxın dövlət başçısının Azərbaycana gəlməsi gözlənilir [Video-müsahibə]


Elçin Səfərov: Avropa Oyunlarında 20-yə yaxın dövlət başçısının Azərbaycana gəlməsi gözlənilir
please wait

No media source currently available

0:00 0:05:11 0:00

Elçin Səfərov: Avropa Oyunlarında 20-yə yaxın dövlət başçısının Azərbaycana gəlməsi gözlənilir

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktorunun Amerikanın Səsinə müsahibəsi

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Amerikanın Səsinə müsahibəsində Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri, idman obyektlərinin vəziyyəti, oyunların təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı aparılan işlər, biletlərin satışı, oyunlara dəvət edilən qonaqlardan danışıb.

Amerikanın Səsi: Avropa Oyunlarında neçə ölkədən nə qədər idmançı iştirak edəcək?

50 ölkədən 6 200-ə yaxın idmançı iştirak edəcək.

Elçin Səfərov: Avropa Oyunlarında 50 ölkədən 6 200-ə yaxın idmançı iştirak edəcək.

Amerikanın Səsi: Hansı idman növləri üzrə yarışlar olacaq?

Elçin Səfərov: Bildiyiniz kimi, Avropa qitəsi oyunlarında 20 idman növü üzrə oyunlar nəzərdə tutulub. Bunlardan 4-ü qeyri-olimpiya oyunlarıdır ki, birinci dəfə olaraq Avropa Oyunlarında siyahıya düşüb.

Amerikanın Səsi: İdman bayramına hazırlıq işləri başa çatıbmı? Yarışlar ölkənin hansı şəhərlərində keçiriləcək?

Açılış mərasimi üçün hazırda böyük bir hazırlıq işi gedir. Təxminən 6 000-ə yaxın könüllü bu işdə iştirak edir.

Elçin Səfərov: Hazırlıq üçün bizə çox az vaxt verilmişdi. Oyunlara cəmi 700 gün qalmış biz hazırlıq işlərinə başlamışıq. Sözsüz ki, Azərbaycanda bəzi idman obyektləri var idi. Lakin qarşımızda duran ən böyük problemlərdən və ən böyük hazırlıqlardan biri yeni obyektlərin tezliklə tikilib istifadəyə verilməsi idi. Artıq son ayda biz bütün idman obyektlərini sınaqdan keçirmişik, demək olar ki,

Baku 2015 Avropa Oyunları
Baku 2015 Avropa Oyunları

idman obyektlərimiz oyunlar üçün tam hazırdır. O ki, qaldı idmanın bayram şəkilində keçirilməsi üçün, bilirsiniz ki, oyunlar iyunun 12-də açılacaq və bu böyük bir açılış mərasiminə təsadüf edəcək. Açılış mərasimi üçün hazırda böyük bir hazırlıq işi gedir. Təxminən 6 000-ə yaxın könüllü bu işdə iştirak edir. Demək olar ki, biz tam hazırıq.

Amerikanın Səsi: Nə qədər idman obyekti tikilib?

7 əsas idman obyekti əsaslı təmir olunub. Daha 6 idman obyekti isə tikilib.

Elçin Səfərov: 7 əsas idman obyekti əsaslı təmir olunub. Daha 6 idman obyekti isə tikilib. İdman növlərindən biri avarçəkmədir. Bu idman kompleksi Bakıdan kənardadır. Ona görə oyunlar cəmi iki şəhərdə keçiriləcək. 19 idman növü üzrə yarışlar Bakı şəhərində, cəmi bir idman növü üzrə isə Mingəçevir şəhərində keçiriləcək. Artıq Mingəçevirdə də təmir-tamamlama işləri başa çatıb və qonaqları gözləyirik.

Amerikanın Səsi: Bakı və ölkənin digər şəhərləri, kommunikasiyalar yarışları qarşılamağa hazırdırmı?

Çalışırıq ki, Bakı şəhərində oyunlar vaxtı heç bir problem yaranmasın. Xüsusi ilə də nəqliyyat sahəsində.

Elçin Səfərov: Sözsüz ki, belə böyük idman tədbirinə hazırlıq təkcə idman obyektlərinin hazırlığından ibarət deyil. Burada şəhər strukuru, - biz dövlət orqanları ilə sıx əməkdaşlıq edirik, - istər mühafizə, istər nəqliyyat, istər mühafizə, başqa digər məsələlərdə, bir inteqrasiya qrupu var, biz onların vasitəsi ilə çalışırıq

Baku 2015 Avropa Oyunları
Baku 2015 Avropa Oyunları

ki, Bakı şəhərində oyunlar vaxtı heç bir problem yaranmasın. Xüsusi ilə də nəqliyyat sahəsində. Bilirsiniz ki, Bakı şəhərində hazırda nəqliyyat sıxlığı var və oyunlar vaxtı xüsusi bir proqram, plan hazırlanır. O plana görə, nəqliyyat sıxlığının yaşanmaması üçün əlimizdən gələni edəcəyik.

Amerikanın Səsi: Açılış mərasiminə qə qədər qonaq dəvət edilib?

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 000-ə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.

Elçin Səfərov: Mən dəvət edilən dövlətlərin dəqiq siyaıhısını demək istəməzdim, bu siyahı gün-gündən artır və dəqiqləşir. Amma, 20-yə yaxın dövlət başçısının Azərbaycana gəlməsi gözlənilir. Ümumiyyətlə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi 10 000-ə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.

Amerikanın Səsi: Biletlərin satışı davam edir. Nə qədər bilet satılıb?

Artıq açılış mərasiminə 25 faizdən artıq bilet satılıb. İdman yarışlarına isə biletlərin 10 faizindən çoxu satılıb.

Elçin Səfərov: Artıq açılış mərasiminə 25 faizdən artıq bilet satılıb. İdman yarışlarına isə biletlərin 10 faizindən çoxu satılıb. Bu da normal rəqəm sayılır. Çünki oyunlara hələ vaxt var. Biletlər ən çox Mərkəzi Avropa dövlətlərində satılıb, onlar daha çox maraq göstərilər. Sözsüz İngiltərə, Almaniya və daha çox MDB dövlətləri, Avropa qitəsindən olan dövlətlər daha çox maraq göstərir.

Amerikanın Səsi: Amerikadan turistlər gözlənilirmi?

Ən böyük məsuliyyətli tədbirimiz açılış və bağlanış mərasimidir, məhz Amerika şirkətləri tərəfindən həyata keçirilir.

Elçin Səfərov: Biz digər Avropa dövlətlərinin media yayım şirkətləri ilə müqavilələr imzalamışıq, bunlar daha çox yarışların yayımına fikir verəcəklər. Onu da qeyd edim ki, ən böyük məsuliyyətli tədbirimiz açılış və bağlanış mərasimidir, məhz Amerika şirkətləri tərəfindən həyata keçirilir. Bu da bizim üçün çox önəmlidir.

Amerikanın Səsi: Yarışlarda iştirak üçün nə qədər jurnalist akreditasiya olunub? Təbii ki, söhbət xarici jurnalistlərdən gedir.

1500-ə yaxın jurnalist oyunları işıqlandırmaq üçün akreditə olunub.

Elçin Səfərov: Artıq 57-i dövlətdən media-yayım şirkətləri bizimlə birbaşa yayım üçün müqavilələr bağlayıb. Ümid edirik ki, bu sıyahı bir qədər də artacaq. Söhbət Asiya, Avropa, Amerika, o cümlədən Cənubi Amerika dövlətlərindən gedir ki, bu iş müntəzəm olaraq aparılır. 1500-ə yaxın jurnalist oyunları işıqlandırmaq üçün akreditə olunub.

XS
SM
MD
LG