Accessibility links

Avropa Məhkəməsi NİDA-çıların şikayətini təmin edib


Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 18-də Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarlarını elan edib.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev bildirib.

Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi iddia olunan pozuntuları tanıyıb.

Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir.

Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə; Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə;

Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıdır. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edir.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

İyunun 7-də Avropa İnsan Hüquqları məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA VH-nın İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib. Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb.

Hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.

Hüquqşünas qeyd edib ki, Azərbaycandan göndərilən digər şikayətlər, Fatma Qəniyeva və başqa 17 nəfər Azərbaycana qarşı işi üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 13 min avro təzminat (maddi zərərə görə – 10 min, mənəvi zərər əvəzi 3 min avro) ödəməlidir.

Bu şikayətlər 2009-cu ildə göndərilib. Ərizəçilərin iddialarına görə, onların Sabunçu rayonundakı bağ sahələri əllərindən alınıb, mülkiyyətlərindən istifadələrinə imkan verilməyib, zəbt edilmiş və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunub.

Bundan başqa İlqar Feyzov Azərbaycana qarşı iş üzrə də iddia olunan pozuntu (azadlıq və toxunulmazlıq hüququ) tanınıb. Qərara görə, hökumət ərizəçiyə 5350 avro təzminat ödəməlidir.

İlqar Feyzov Azərbaycana qarşı işi hüquqi əsaslar olmadan tutulma, həbslə bağlı idi.

Ərizəçi iddia edir ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG