Accessibility links

Avropa İttifaqı və Azərbaycan ədliyyə, insan hüquqları və demokratiya məsələlərini müzakirə edib


Mayın 8-də Avropa İttifaqının (Aİ) Bakı Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas və Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin görüşündə ədliyyə, insan hüquqları və demokratiya məsələləri müzakirə edilib.

Avropa İttifaqının Bakı Nümayəndəliyinin məlumatına görə, Kəstutis Yankauskas Azərbaycan Vəkillər Kollegiyası tərəfindən insan hüquqlarıni müdafiə edən vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın səlahiyyətlərinin bərpa olunmasını alqışlayaraq vəkillik fəaliyyətinə xitam verilmiş və fəaliyyəti dayandırılmış digər vəkillərin də işlərinə baxılacağına dair gözləntilərini vurğulayıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri hüquq müdafiəçilərinin qanunun aliliyinin sütunları olduğunu və demokratik dəyərlərin qorunmasında müstəsna rol oynadıqlarını diqqətə çatdırıb.

Görüş 26 və 27 aprel tarixlərində baş tutmuş Aİ-Azərbaycan Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin 9-cu iclasını yekunlaşdırıb.

Məlumatda deyilir ki, Alt komitə iclasının keçirilməsində məqsəd 2020-ci ilin mart ayında keçirilmiş son görüşdən sonra ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində baş verən son gəlişmələri nəzərdən keçirmək və cari islahatlar, islahatların icrası və gələcək planlar, o cümlədən bu sahələrdə Aİ-nin göstərə biləcəyi yardım və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq olub.

Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsi Eamon Gilmore Aİ və Azərbaycan arasında insan hüquqlarına dair keçirilən son dialoqdan sonra Aİ daxilində insan hüquqları sahəsində mövcud olan çətinliklərə və siyasi konsepsiyanın hazırlanmasına dair ümumi məruzə təqdim edib.

“Xüsusi Nümayəndənin iştirakı Avropa İttifaqının Aİ-Azərbaycan münasibətlərində insan hüquqları sahəsinə necə əhəmiyyət verdiyinin göstəricisidir,” Avropa İttifaqının Bakı Nümayəndəliyi bildirir.

Nümayəndəlik hesab edir ki, COVİD-19 pandemiyası, onun sosial və iqtisadı təsirləri insan hüquqlari, demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyətə mənfi təsir göstərib.

“Postmüharibə dövründə Aİ hərtərəfli və obyektiv şəkildə araşdırılmalı olan istənilən beynəlxalq humanitar qanun pozuntusu üçün məsuliyyətin vacibliyini vurğulayıb. Aİ, həmçinin beynəlxalq humanitar qanunlar və götürülən öhdəliklərə uyğun olaraq qalan erməni hərbçilərinin qaytarılması işinin tamamlanmasının vacib olduğunu vurğulayıb. Məcburi köçkünlərin qayıtması Azərbaycan üçün prioritet məsələ olaraq qalır və bu baxımdan, torpaqların təcili olaraq minalardan təmizlənməsinə ehtiyac vardır, çünki bu, insanların münaqişəyə məruz qalmış ərazilərə təhlükəsiz şəkildə dönüşü üçün əsas şərtdir,” məlumatda deyilir.

Xatırladaq ki, Aİ-Azərbaycan ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt-Komitəsi iclasının ilk hissəsi insan hüquqları və demokratiya mövzusuna həsr edilib. Aİ və Azərbaycan sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə bağlı davamlı çağırışları müzakirə edib. Hər iki tərəf gender bərabərliyi və insan hüquqları sahəsində yeniliklər barəsində məlumatlandırılıb, beynəlxalq çoxtərəfli və regional arenada əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Alt-Komitə iclasının ikinci hissəsində Aİ və Azərbaycan ədliyyə sahəsində həyata keçirilən islahatları nəzərdən keçirib, miqrasiya, siyasi sığınacaq və sərhəd idarəçiliyi sahəsində baş tutan səmərəli əməkdaşlığa dair müzakirə aparıb. Aİ və Azərbaycan həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində baş verənləri müzakirə edib. Korrupsiya ilə mübarizə, həmçinin şəxsi məlumatların qorunmasını nəzərdə tutan normativ baza sahəsində hər iki tərəf atılan addımlara və həyata keçirilən islahatlara dair məlumat mübadiləsi aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG