Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi müxalifətçinin hüquqlarının pozulmasını tanıyıb


Avropa məhkəməsi
Avropa məhkəməsi

Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı müxalifətçi, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Bəybala Abilin hüquqlarının pozulmasını tanıyıb.

Şikayət 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyin qeydiyyata alınmasından imtina ilə bağlı idi. O 11-ci Qaradağ seçki dairəsində namizədliyini irəli sürmüşdü.

Onun namizədliyi təşviqat materiallarının vaxtından əvvəl paylanması bəhanəsi ilə qeydiyyata alınmamışdı. Lakin Abilin özünün bu işdə əlaqəsi olmamışdı və o, qeydiyyatını pozmaq üçün təxribat olduğunu bildirmişdi. Onun şikayətlərinə Azərbaycandakı seçki komissiyaları və məhkəmələr tərəfindən baxılmamışdı.

Avropa İnsan Hüquqları Məhkəməsi Bəybala Abilin Avropa Konvensiyasının 1-ci Protokolunun 3-cü maddəsi ilə zəmanət verilən hüquqlarının pozulduğunu müəyyən edib, ərizəçiyə maddi ziyana görə 4500 avro və məhkəmə xərcləri üçün 1459 avro ödənilməsini qərara alıb.

Bu, Əbilin Aavropa Məhkəməsində qazandığı ikinci işdir. Bundan öncə Strasburq məhkəməsi 2005-ci ildə parlament seçkilərində eyni dairədə onun deputatlığa namizədliyinin qeydiyyata alınmamasını qanunsuz hesab etmişdi və mənəvi zərərə görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödənilməsini qərara almışdı.

XS
SM
MD
LG