Avropa İttifaqı Ukraynada 25 adamın ölümülə nəticələnmiş etirazlar zamanı ifrat gücdən istifadə edilməsinə görə məsuliyyət daşıyan rəsmilərə qarşı sanksiyalar tətbiq edilməsi haqda razılıq əldə edə bilər.
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Avropa İttifaqının yaxın zamanda Ukraynada zorakılıqlara və ifrat gücdən istifadə edilməsinə görə məsuliyyət daşıyanları hədəf alan sanksiyaların tətbiq edilə bilməsilə bağlı xəbərdarlıq edib.
Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton Ukraynada vəziyyəti müzakirə etmək üçün qurumun xarici işlər nazirlərinin Brüsseldə sanksiyalar məsələsinin nəzərdən keçiriləcəyi gözlənilən təcili iclasının keçirilməsinə çağırıb.
Sanksiyaların tətbiq edildiyi halda, Avropa İttifaqı rəsmilərin hesablarını dondurur və quruma daxil olan 28 ölkəyə səfərlərinə qadağa qoyur.
Ketrin Eştonuin açıqladığı bəyanatda deyilir ki, Avropa İttifaqının səfirləri repressiyalar və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiq edilməsi də daxil olmaqla, böhranın həlli məqsədilə bütün variantları müzakirə etmək üçün bu gün xüsusi iclas keçirir.
“Biz aydın bildirmişik ki, Avropa İttifaqı vəziyyətin pisləşməsinə cavab verəcək. Biz tərəfləri zorakılığa son qoymağa və Ukrayna xalqının demokratik istəklərinə cavab verən dialoqa başlamağa çağırırıq”-deyə Xose Manuel Barrozu bəyanatında bildirib.
Kiyevdə etiraz nümayişləri Ukrayna prezidenti Viktor Yanukoviçin keçən il noyabr ayında Avropa İttifaqı ilə ticarətə dair razılıqdan imtina etməsindən sonra başlamışdır.