Accessibility links

Avropa İttifaqı Türkiyəni tənqid edib


Avropa Birliyi bu gün Türkiyəni tənqid edərək, ölkədə demokratiya standartlarında çatışmazlıq, ifadə və toplaşma azadlıqlarında geriləmə olduğunu bildirib.

Türkiyənin Avropa İttifaqına mümkün üzvlülüyü ilə bağlı hesabat bu ayın əvvəlində parlament seçkilərində prezident Rəcəp Təyyib Ərdoğanın partiyasının qalib gəlməsindən sonra açıqlanıb.

Avropa İttifaqı hesabatında Ttürkiyənin bloka daxil olmaöa hələ də maraq göstərdiyini, lakin bəzi əsas qanunvericilik aktlarının" Avropa standartlarına qarşı olduğunu" bildirib. Birlik ölkədə məhkəmələrin müstəqilliyinin zəiflədilməsi və jurnalistlərə qarşı təzyiqlər və hədə-qorxu kampaniyasını vurğulayıb.

Hesabatda eləcə də Türkiyədə baş verən zorakılıqlara son qoyulacağına ümid ifadə edilib.

XS
SM
MD
LG