Accessibility links

Avropa İttifaqı Danske Bank-da Rusiya pullarının yuyulması işi ilə bağlı təhqiqat açıb


Danske Bank
Danske Bank

Avropa İttifaqının banklara nəzarət xidməti Rusiya pullarının Danimarkanın Danske Bank-ında yuyulması işi bağlı Danimarka və Estoniyanın nəzarət orqanlarına dair təhqiqat işi açıb.

Avropa Banklara Nəzarət Xidməti Danimarka və Estoniyanın maliyyə təftişi idarələrinin Avropa İttifaqının qanunvericiliyi çərçivəsində öz öhdəliklərinə əməl edib-etmədiyini araşdıracaq. Danske Bank bundan əvvəl Rusiya və MDB ölkələrindən müştərilərin 8 milyard dollardan çox pulunun yuyulmasında ittiham edilib.

Reuters xəbər agentliyi Estoniyanın 2018-ci il iyul ayında Danske Bankı-nın Estoniya şöbəsinin fəaliyyəti ilə bağlı cinayət işi qaldırdığı haqda məlumat vermişdi. İstintaqın versiyasına görə, bankın Estoniya filialı 2007-ci ildən 2015-ci ilə qədər ümumi məbləği 8 milyard dollardan artıq pulun yuyulmasında iştirak edib. Skandalla əlaqədar Danske Bankın rəhbəri Tomas Borgen istefa verib.

Arxiv fotosu - Qlobal Maqnitski fondunun rəhbəri Bill Brauder Vaşinqtonda Senatın Ədiyyə komitəsi qarşısında ifadə verir, 27 iyul, 2017.
Arxiv fotosu - Qlobal Maqnitski fondunun rəhbəri Bill Brauder Vaşinqtonda Senatın Ədiyyə komitəsi qarşısında ifadə verir, 27 iyul, 2017.

Financial Times qəzeti 2018-ci il sentyabr ayında müstəqil təhqiqata istinadən 2013-cü ildə Danske Bank-dan “heyrət doğuran məbləğ” - 30 milyarda qədər dolların keçirildiyini bildirib. Keçən il məlum olub ki, Danimarka hökuməti 2007-ci ildən 2015-ci ilə qədər 150 milyard dollar məbləğində sövdələşmələrlə bağlı yoxlama aparır.

Danske Bank-ın Estoniya şöbəsinin işi ilə bağlı ABŞ hökuməti də öz tərəfindən təhqiqat aparır. 2018-ci il iyul ayında sahibkar Bill Brauder banka qarşı iddia qaldırıb. O bildirib ki, bank Rusiyadan pulların fırıldaq yolu ilə çıxarılması üçün əsas kanallardan biri olub. Bu işin üstü Hermitage Capital fondunun hüquqşünası, Moskva həbsxanasında ölən Sergey Maqnitski tərəfindən açılmışdı. Rusiya prezidentinin qohumu İqor Putindən də bank vasitəsilə pulların yuyulmasında iştirak etməkdə şübhələnilir.

Dankse Bank fevralın 19-da Rusiya, eləvə də Latviya, Litva və Estoniyada fəaliyyətini dayandırdığını elan edib. Estoniyada bank Maliyyə təftişi şöbəsinin tələbi ilə bağlanıb. Digər ölkələrdə isə bankın bağlanmasının səbəbinin çirkli pulların yuyulması strategiyası çərçivəsində səylərlə bağlı olduğu bildirilir.

XS
SM
MD
LG