Accessibility links

Avropa Hərəkatının sədri olmuş Ramin Hacılı həbsxanada quru aclığa başladığını bildirib


Ramin Hacılı
Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının sədri olmuş Ramin Hacılı həbsxanada quru aclığa başlayıb.

Bu barədə onun adından sosial şəbəkələrdə müraciət yayılıb.

“Bundan öncəki müraciətlərimdə yazdığım faktları vicdanlı məmurlar, ədalətli vətəndaşlar və ölkə rəhbərliyi nəzərə alsın deyə 5 gündür ki, quru ölüm aclığına başlamışam,” o qeyd edib.

Hacılı bildirirb ki, 2018-ci ildə həbsində və ya indiyədək ona qarşı qurulan istintaq və məhkəmə proseslərində heç vaxt vətəndaşlardan kömək istəməyib.

"Lakin bu dəfə mən özümü tamamən günahsız hesab etdiyimdən və iş materiallarından özümə qarşı ən ağır formada haqsızlıq olduğundan, paralel olaraq prokurorluğun apellyasiya müraciəti ilə daha dörd il həbs olunmağıma çalışması həyatımın təhlükə altında olduğundan xəbər verir. İstintaq hər kəsə deyir ki, bu iş Prezidentin nəzarəti altındadır. Bunu deməklə hansı məqsəd güddükləri gün kimi aydındır,” o qeyd edib.

Bununla yanaşı, Penitensiar Xidmətdən Amerikanın Səsinə Ramin Hacılının aclıq etməsi ilə bağlı məlumata malik olamadıqlarını bildiriblər.

Ramin Hacılının anası onun etiraz olaraq aclığa başladığını və sosial şəbəkələrdə yayılan müraciətin ona məxsus olduğunu təsdiq edib.

Hürü Hacıyeva: Oğlumun günahı yoxdur
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Sentyabrın 10-da Bakı Apellyasiya Məhkməsində prokurorluğun Ramin Hacılı ilə bağlı 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhəddindən keçərkən saxlanılan zaman qaldırılımış cinayət işi ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından protestə baxılacaq. Həmçinin iki nəfər zərəçəkmiş apellyasiya şikayəti verib.

“Ramin Hacılı borclarının 90 faizini ödəyib. Qalan borclarını da ödəyirdi. Bu vaxt onu yenidən həbs etdilər. İndi onu həbsdə saxlamaq müddətini uzatmaq üçün bir vasitə tapa bilmirlər. Məhz, bu səbəbdən 2018-ci ildəki məhkəmə hökmündən protest veriblər,” Hacılının anası Hürü Hacıyeva Amerikanın Səsinə bildirib.

Ana xəstə olduğunu, Ramin Hacılının başqa kimsəsinin olmadığını deyib.

"İndiyədək onunla görüşə buraxmayıblar. Hətta ad günündə belə görüş vermədilər. Oğlumun günahı yoxdur. Belə bilikli kadrlardan istifadə etmək əvəzinə həbs edirlər," Hürü Hacıyeva oğluna qarşı haqsızlıqla bağlı müxtəlif qurumlara şikayət etdiyini bildirib.

Azərbaycan Baş Prokurorluğu bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində məhkəmənin qərarı ilə bu il iyulun 10-da həbs qətimkan tədbiri seçilib.

Yerli medianın məlumatına görə, o, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.

Ramin Hacılı ictimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb.

Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

Ramin Hacılı daha sonra 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhəddindən keçərkən saxlanılıb.

Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını və bu səbəbdən qanunsuz yolla Gürcüstana, oradan isə Avropa ölkələrinə getmək istədiyini bildirib.

Ramin Hacılı Azərbaycan prezidentinə müraciətində bildirir ki, barəsində bu günədək aparılan ibtidai istintaq və məhkəmə istintaqları zamanı, o cümlədən hazırda irəli sürülən ittihamlar üzrə ədalətli münasibətin olduğu ortaya çıxarsa, intihar etməyə hazırdır.

“Bütün qanunlar haqq və hüquqlar qorunmadan etdiyim əməl və ya əməllər qanunvericiliyə uyğun tövsif edilmədən, qərəzli, qeyri-obyektiv münasibətlə üzləşmişəm və üzləşməkdəyəm,” o qeyd edib.

Hacılı ölkə prezidentindən həbs qətimkan tədbirinin dəyişdirilməsi, barəsində başladılmış cinayət işinə xitam verilməsi və azadlığa çıxmasına kömək etməsini xahiş edir.

XS
SM
MD
LG