Accessibility links

Koronavirusun iqtisadi xərclərini kim ödəyəcək?


Avropalı gənclərin əksəriyyəti yaşlılar və koronavirusa həssas olanların müdafiəsi üçün sosial məsafə saxlamaq və evdə qalmaq çağırışlarına qoşulub.

Lakin bununla yanaşı gənclər arasında karyeraları və iqtisadi durumları haqda narahatlıqlar da mövcuddur.

Ekspertlər hesab edir ki, pandemiya nəsillərarası münaqişəyə və ciddi siyasi nəticələrə səbəb ola bilər.

Bəzi gənclər dünyada tətbiq edilən məhdudiyyətlərə narazalıq bildirərək, sosial distansiya qaydalarına əməl etməkdən imtina edir. Bu isə ziyalılar və səhiyyə məmurlarının qəzəbinə yol açıb. Onlar gizli şəkildə evlərdə toplaşmaları və içki məclislərini sosial məsuliyyətsizlik adlandırıb.

Bəzi gənclər pandemiyadan bumerlərin (İkinci Dünya Müharibəsindən sonra doğulan nəsil) aradan qaldırılmasına bir fürsət kimi isitifadə edildiyindən şikayətlənib.

Britaniyalı ziyalılar Alan Kollinz və Adam Koks hesab edir ki, koronavirusa qarşı qiyama yalnız gənc ruhlu insanlar deyil, həm də gənclər arasında uzun müddətdir asanlıqla mülkiyyətə, təhlükəsiz pensiya və sərvətə çıxışı olan bumerlərin imtiyazlarına olan qəzəbi səbəb olub.

Qitənin 1930-cu illərdən bəri yaşadığı ən ağır iqtisadi durumu ilə iqtisadi perpektivlər və iş tapmaq imkanları minillik nəsli üçün olduqca zəifdir.

Ekspertlər hesab edir ki, bu nəsil həyatları boyunca cərimələr ödəməli olacaq. Belə ki, onların iş əldə etmək və işlərini əllərində saxlamaq imkanları azdır.

Dövlət siyasətçiliyi üzrə ekspertlər bunun narazılıqları artırmaqla yanaşı, Avropa siyasətinin dəyişməsinə səbəb olacağını düşünür.

Gənclər 2008-ci ildə də ciddi maliyyə böhranı ilə üzləşmişdi. 20-30 yaşlarında insanlar məşğullar arasında ən az maaş alırdılar.

Ev qiymətlərinin inflyasiyası onları əmlak bazarından uzaq salmışdı. Lakin indi koronavirus şəraitində vəziyyətin daha da ağırlaşacağı gözlənilir.

XS
SM
MD
LG