Accessibility links

Avropalılar Donald Trampı sıx əməkdaşlığa səsləyir


Avropa İkttifaqının yüksək rütbəli rəsmiləri Donald Trampı təcili ABŞ-Aİ sammiti üçün Avropa ittifaqına dəvət ediblər. Avropa şurasının prezidenti Donald Task və Avropa komissiyasının rəhbəri Jan-Klod Yunker Respublikaçı gələcək prezidenti təbrik edərək onu danışıqlar üçün “tez bir zamanda” Avropaya gəlməyə dəvət ediblər.

Aİ və ABŞ yalnız yaxından əməkdaşlıq etməklə İŞİD, Ukrayna suverenliyinə təhlükə, iqlim dəyişikliyi və miqrasiya kimi üzləşilən problemlərin öhdəsindən gələ bilər,

Task və Yunker Trampın kampaniya zamanı dilə gətiridkləri bəzi təhlükəsizlik məsələləri ilə bağlı düçüncələri aydınlaşdırmağa can atırlar. Trampın keçmişdə Avropa liderləri, o cümlədən mühacirət, iqlim dəyişikliyi və Rusiyanın Ukrayanaya təcavüzü ilə bağlı dedikləri Avropada narahatlıq mənbəyi olub.

Məktubda transatlantik münasibətlərin güclənməsinin vacibliyi vuröulanır. “Yalnız Aİ və ABŞ yaxından əməkdaşlıq etməklə üzləşilən təhlükələrin öhdəsindən gələ bilər,” məktubda vurğulanır.

NATO Baş Katibi Yens Stoltenberq
NATO Baş Katibi Yens Stoltenberq


NATO Baş Katibi Yens Stoltenberq dünyanın ən iri hərbi alyansını qoprumaq naminə Tramp və yeni ABŞ rəhbərliyi ilə yaxından əməkdaşlıq etməyə ümidlə baxdığını bəyan edib.

“Mühümdür ki, transatlantik tellər möhkəm qalsın,” Stoltenberq bildirib. “ABŞ liderliyi həmişəkindən daha vacibdir.”

Britaniya Baş Naziri Tereza Mey Trampı qələbə müansibətilə təbrik edərək Britaniya-ABŞ müansibətlərinin “azadıq, demokratiya və sahibkarlıq” prinsiplərinə əsaslandığnı vurğulayıb.

Mey ölkələrin “ticarət, təhlükəsizlik və müdafiə məsələlərində yaxın tərəfdaş” kimi qalacaqlarını bəyan edib.

XS
SM
MD
LG