Almaniya və Fransa liderləri Avropanın üzləşdiyi böhranlara diqqət ayrılmasına çağırıb.
Strasburqda Avropa Parlamentində çıxışları zamanı Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olland bildirib ki, on minlərlə miqrantın və qaçqının yerləşdirilməsi üçün daha çox əməkdaşlığa ehtiyac var.
Afropa İttifaqı Aralıq Dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya insanları daşıyan gəmilərə qarşı yeni əməliyyatlara başlayıb.
Rəsmilərin bildirdiyinə görə, bu il 130 mindən çox miqrant Aralıq Dənizi vasitəsilə Avropaya gəlib. Lakin 2700-dən çox insanın həmin səyahət vaxtı suda batdığı ehtimal edilir.