Accessibility links

Aviqdor Liberman: İsrail İrana qarşı sanksiyaların genişləndirilməsini vacib sayır


Onun fikrincə, İranın nüvə iddialarından əl çəkməsi üçün sanksiyaları genişləndirmək lazımdır

İranın öz nüvə iddialarından imtina etməsi üçün bu ölkəyə qarşı sanksiyaları genişləndirmək lazımdır. Bu barədə bazar ertəsi Trend Agentliyinə müsahibəsində Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.

"Bu, bizim rəsmi mövqeyimizdir", - XİN rəhbəri deyib.

Cənab Liberman qeyd edib ki, İsrail İrandakı vəziyyəti və bəyanatları diqqətlə izləyir.

"Biz hesab edirik ki, dünya ictimaiyyətinə "5+1" və İran çərçivəsində bütün danışıqlar prosesini tükəndirmək imkanı verməliyik. Sanksiyalar olduqca səmərəli oldu və fikrimizcə, İranın nüvə iddialarından əl çəkməsi üçün bu sanksiyaları genişləndirmək lazımdır", - Liberman vurğulayıb.

XS
SM
MD
LG