Bazar ertəsi minlərlə insan keçən həftə Melburn şəhərinin ticarət mərkəzində maşınla öldürülən beş nəfərin xatirəsini anmaq üçün bir araya gəlib.
Melburnun Federasiya Meydanına toplaşan insanlar qətlə yetirilənlərin xatirəsini bir dəqiqəlik sükutla anıb.
İnsanlar Burke küçəsində təşkil edilən anım mərasiminə güllər, oyuncaq, xatirə mesajları və qurbanların şəkillərini gətirıb.
Hücum zamanı xəsarət alaraq xəstəxanaya çatdırılan 15 nəfər yaralıdan ikisinin vəziyyətinin ağır olduğu deyilir.
Cinayətdə şübhəli bilinən 26 yaşlı şəxsə 5 maddə üzrə ittiham irəli sürülüb. O, hadisədən dərhal sonra polis tərəfindən öldürülüb.
Polisin bildirdiyinə görə, qardaşını bıçaqladığına görə cümə günü polis tərəfindən təqib edilən şəxsin ruhi xəstəlik və narkotik maddədən istifadə kimi problemləri olub.