Avstraliya cümə günü serbiyalı tennis ulduzu Novak Cokoviçin viza müraciətinə ikinci dəfə rədd cavabı verib. Bu, dünyanın ən yüksək səviyyəli kişi tennisçisinin Avstraliya Açıq çempionatında iştirakına mane olacaq və ehtimal ki, onun ikinci dəfə məhkəməyə çıxmasına səbəb olacaq.
İmmiqrasiya naziri Aleks Houk verdiyi açıqlamada Cokoviçin vizasını " ictimai maraqlara uyğun olaraq sağlamlıq və nizam-intizam səbəbilə" ləğv etdiyini deyib.
"Bu pandemiya hər bir avstraliyalı üçün inanılmaz dərəcədə çətin oldu, lakin biz birlik olduq və həyat və yaşam vasitələrini xilas etdik... Avstraliyalılar bu pandemiya zamanı çoxlu fədakarlıqlar ediblər və haqlı olaraq bu fədakarlıqların nəticəsinin qorunacağını gözləyirlər” – deyə, Baş nazir Skott Morrison verdiyi açıqlamada bildirib.
Maliyyə naziri Simon Birmingem cümə günü hökumətin siyasət parametrlərinin "şəffaf" olduğunu deyib. "Yəni Avstraliya vətəndaşı olmayan Avstraliyaya daxil olan insanlar, buna qarşı aydın və etibarlı tibbi səbəbə malik olmadıqları təqdirdə iki doza peyvənd olmalıdırlar" – deyə, nazir Kanal 9-un bugünkü verilişində bildirib.
Avstraliyalı rəsmilərin təxminən 90% -i koronavirusun yayılmasını dayandırmaq üçün uzun qapanmalara dözdükdən sonra peyvənd olunur. Cokoviçin peyvəndi ilə bağlı skeptizmi geniş qəzəblə qarşılanıb.
Houk Cokoviçin vizasını serbiyalı idmançının Avstraliyanın COVID-19 peyvəndi qaydalarından tibbi səbəbdən azad edilməsi ilə bağlı narahatlıqlarına görə ləğv edib. Cokoviçin vizası ilk dəfə keçən həftə Melburna gəldikdən sonra ləğv edilib.
Cokoviç digər sığınacaq axtaranlarla birlikdə bir neçə gün immiqrasiya saxlama mərkəzində saxlandıqdan sonra ölkədə qalmasına icazə verən prosessual əsaslarla məhkəməni qazanıb.
Cokoviç bu həftənin əvvəlində etiraf edib ki, Avstraliyaya səfər etməzdən bir neçə həftə əvvəl fəaliyyəti ilə bağlı giriş sənədlərində səhvlərə yol verilib.
Serbiyalı ulduz çərşənbə günü verdiyi açıqlamada köməkçilərinin keçən həftə Melburna getməzdən əvvəl 14 gün ərzində heç yerə getmədiyini səhvən qeyd etdiklərini deyib. Onun Serbiya və İspaniyaya getdiyini göstərən xəbərlər yayılmışdı.
Cokoviç həmçinin bildirib ki, dekabrın 16-da uşaqlara mükafatlar təqdim etmək üçün Belqradda tennis tədbirində iştirak edəndən sonrakı günə qədər COVID-19 üçün testinin müsbət çıxdığını bilmədiyini bildirib.
O, həmçinin statusunu öyrəndikdən bir gün sonra planlaşdırılan jurnal müsahibəsini və fotosessiyasını ləğv etməli olduğunu etiraf edib.
Hazırkı çempion bazar ertəsi başlanan turnirin ən yaxşısı kimi Avstraliya Açıq çempionatının püşkatma mərasiminə cümə axşamı daxil edilib.
Cokoviçin bazar ertəsi və ya çərşənbə axşamı baş tutması gözlənilən açılış matçında rəqibi olaraq serbiyalı Miomir Keçmanoviç seçilib.