Accessibility links

Avstraliyada son omikron dalğasının zəifləməsinə baxmayaraq, mütəxəssislər maska taxmağa davam etməyə çağırır


Avstraliyanın səhiyyə rəsmiləri COVID-19-un omikron variantı infeksiyaları dalğasının azaldığına dair ümidverici əlamətlər olduğunu bildirib. Buna baxmayaraq, 4 mindən çox avstraliyalı bu virusla xəstəxanalara yerləşdirilib və çox sayda insan isə uzun müddətdir COVID-in təsirindən əziyyət çəkir.

COVID-19 artıq Avstraliyada daha öncə başlıqlarda yer aldığı kimi almır. Pandemiya zamanı tətbiq olunan karantinlər, maska taxılması məcnuriyyəti və beynəlxalq sərhədlərin bağlanması da daxil olmaqla, ciddi ictimai sağlamlıq tədbirləri sona çatıb.

Ölkə virusla yaşamaq üçün əlindən gələni edir.

Hökumətin məlumatlarına görə, 16 yaşdan yuxarı avstraliyalıların 95%-dən çoxu iki dozada koronavirus peyvəndi alıb. Peyvənd vurulması nəzərdə tutulan əhali qrupunun 70%-dən çoxuna - 14 milyonuna üç və ya daha çox doza vurulub.

Lakin virus davam edir. Rəsmilər omikron variantlarının son dalğasının infeksiyaları artırdığını bildirib. Bu, cənub yarımkürəsində qış olan bir dövrə təsadüf edir. Yoluxmaların azalmasına baxmayaraq, hələ də hər gün onlarla ölüm və minlərlə yoluxma barədə məlumat verilir.

Melburnda yerləşən Burnet İnstitutunun aparıcı epidemioloqları daha çox avstraliyalı maska taxsaydı, nə qədər insanın həyatını xilas edə biləcəyini göstərən yeni araşdırma açıqlayıb.

İnstitutun baş icraçı direktoru Brendan Krabb deyib ki, üz örtükləri xəstəliyə qarşı mühüm müdafiə rolunu oynayır.

“Biz yüksək COVID strategiyasından aşağı COVID strategiyasına keçməliyik. Maskadan istifadə və maskadan istifadənin artırılması ilə modelləşdirmə işi apardıq ki, iyul-oktyabr ayları arasında bir çox halların 20%-ə qədərinin, xəstəxanaya yerləşdirilmələrin 20%-nin və ölüm hallarının 14%-nin qarşısını ala bilək” - deyə, Krabb bildirib.

Ölkənin koronavirus strategiyası indi peyvəndlər, maskalar, gigiyena və məsafə saxlanılması ilə bağlı qərarlarını verən insanlara əsaslanır.

XS
SM
MD
LG