Accessibility links

Austin ABŞ-ın dəstəyini nümayiş etdirmək üçün Ukraynaya səfər edir


ABŞ müdafiə naziri Lloyd Austin
ABŞ müdafiə naziri Lloyd Austin

ABŞ müdafiə naziri Lloyd Austin Ukrayna hərbi qüvvələrinə dəstək nümayiş etdirmək və Ukrayna liderləri ilə görüşmək üçün bazar ertəsi Ukraynaya elan edilməmiş səfər edib.

“Ukraynanın Putinin başladığı müharibəyə qarşı necə məharətlə mübarizə apardığı, ABŞ-ın Ukrayna silahlı qüvvələrinin döyüş meydanında lazım olan imkanlara malik olmasını təmin etmək öhdəliyi və Ukraynanın mübarizəsinin ABŞ-ın təhlükəsizliyi üçün nə qədər vacib olduğunu vurğulayacaq bir çıxış edəcək” - deyə, Pentaqonun Austinin gözlənilən çıxışı barədə məlumatında bildirilir.

Austinin səfəri ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemləri və artilleriya sursatları da daxil olmaqla, $425 milyon dollarlıq yeni yardım paketini elan etməsindən bir neçə gün sonraya təsadüf edib.

Kyiv rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın pilotsuz təyyarələrinin Ukraynanın paytaxtına hücumu nəticəsində azı bir nəfər yaralanıb.

Kyiv meri Vitali Kliçko Telegram kanalında Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulan pilotsuz uçan aparatının (PUA) parçalarının bir neçə yaşayış binasına ziyan vurduğunu bildirib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko Telegram-da hücumda Rusiyanın onlarla PUA-sının iştirak etdiyini, lakin onların hamısının məhv edildiyini bəyan edib.

Rusiya dronları Ukraynanın cənubundakı Mikolayivi də hədəf alıb. Qubernator Vitali Kim bazar ertəsi Telegram-da Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gecə üç PUA-nı vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, gecə saatlarında həyata keçirilən hücumlar zamanı Ukraynaya məxsus 18 dron məhv edilib.

Pilotsuz təyyarələrdən 11-i Rostov vilayəti üzərində, dördü Bryansk, ikisi Kursk, biri isə Oryol üzərində məhv edilib.

Kurskdakı rəsmilər hücumlar nəticəsində itki və dağıntıların olmadığını bildirib.

Forum

XS
SM
MD
LG