ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə axşamı ABŞ-ın rəhbərlik etdiyi 50-dən çox dövlətdən ibarət qrupun Ukraynaya dəstək səylərini koordinasiya etmək üçün Almaniyada bir araya gələrkən deyib ki, prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə görə "Rusiya heyrətamiz bədəl ödəyib".
Austin Ukraynanı Müdafiə Təması Qrupu (UDCG) danışıqlarını açarkən "Ukrayna qoşunları ağır şərait və ağır döyüşlərlə üzləşir, Ukraynanın mülki əhalisi Rusiya raketləri və İranın pilotsuz təyyarələrinin davamlı hücumlarına məruz qalır. Lakin Ukrayna da, ABŞ da geri çəkilməyəcək. Beləliklə, bugünkü mesajımız aydındır: Birləşmiş Ştatlar Ukraynanın uğursuz olmasına verməyəcək. Koalisiya Ukraynanın uğursuz olmasına imkan verməyəcək. Azad dünya Ukraynanın uğursuz olmasına imkan verməyəcək" deyib.
Austin Çexiya, Almaniya, Fransa, Danimarka və İsveçin yeni yardım paketlərini vurğulayaraq, onları "Ukraynanın Rusiya təcavüzünə qarşı ədalətli mübarizəsinə investisiyalar" və həmçinin qlobal təhlükəsizlik adlandırıb.
"Ukraynanın ayaqda qalması təhlükədədir və biz təhlükə altındayıq" - deyə, Austin bildirib.
Ukraynanı Müdafiə Təması Qrupu-nun iclasından əvvəl anonimlik şərti ilə jurnalistlərə danışan yüksək səviyyəli müdafiə rəsmisinin sözlərinə görə, Ukrayna qüvvələri şərqdə Rusiya qüvvələrinə qarşı döyüşməyə davam edərkən və Qara dənizdə Rusiya qüvvələrinə "əhəmiyyətli dərəcədə ziyan" vurarkən, Rusiya Şimali Koreya və İranın yardımı ilə müdafiə gücünü kəskin şəkildə artıraraq, sursat çatışmazlığı səbəbindən Ukraynanı bəzi döyüş mövqelərindən geri çəkilməyə məcbur edib.
Rəsmi "Ukrayna döyüş meydanında xeyli geridə qalıb. Biz Ukrayna qoşunlarının cəbhə xəttində döyüş sursatı aldığı və ya tükənməsi barədə xəbərlər almışıq”"deyib.
ABŞ Rusiyanın 2022-ci ilin fevralında işğalından bəri Ukraynaya təhlükəsizliyi üçün təxminən 44 milyard dollar, müttəfiqləri və tərəfdaşları da bu müddət ərzində Ukraynaya 44 milyard dollardan çox yardım edib.
Lakin ABŞ ordusunun Ukraynaya göndərdiyi silah ehtiyatlarını artırmaq üçün Konqresin təsdiq etdiyi vəsait tükənib və Respublikaçıların nəzarətində olan ABŞ Nümayəndələr Palatasının rəhbərliyi Ukraynaya yeni yardımı səsverməyə çıxarmaqdan imtina edib.
Keçən həftə Birləşmiş Ştatlar dekabrın sonundan bəri Ukraynaya hərbi yardımın ilk yeni raundunu elan edib və müdafiə rəsmilərinin "xüsusi" paket adlandırdıqları bu paket ABŞ ordusunun qənaətləri sayəsində mümkün olub.
Hərbi yardım paketi 300 milyon dollara qədər qiymətləndirilir və bu, Ukraynaya dərhal hava hücumundan müdafiə, artilleriya və tank əleyhinə imkanlar, həmçinin HIMARS və 155 mm-lik artilleriya mərmiləri üçün daha çox sursat əldə etdirəcək. Lakin rəsmilər başqa bir fövqəladə yardım paketi hazırlamaq üçün gələcəkdə satınalma qənaətinin olub-olmayacağının məlum olmadığını deyirlər.
"Bu, Ukrayna üçün davamlı həll yolu deyil. Bizim təcili olaraq Konqresin milli təhlükəsizlik əlavəsinin təsdiqinə ehtiyacımız var" - deyə, yüksək səviyyəli müdafiə rəsmisi bildirib.
Ukraynanı Müdafiə Təması Qrupu-nun Kyivi silah və texnika ilə təmin etməsinin daha yaxşı təşkili məqsədi ilə qrup üzvləri səmərəliliyi artırmaq və xərcləri azaltmaq yollarını müəyyən etmək üçün koalisiyalar yaradıb.
Austin xüsusi koalisiya liderliyi qrupunun sessiyası zamanı ilk dəfə çərşənbə axşamı bütün qabiliyyət koalisiyalarının liderləri və həmsədrlərinin iclasını çağırıb.
Hərbi Hava Qüvvələrinə ABŞ, Danimarka və Hollandiya rəhbərlik edir. Zireh qabiliyyətinə Polşa və İtaliya rəhbərlik edir. Artilleriya qabiliyyətinə Fransa və ABŞ birgə rəhbərlik edir. Minaların təmizlənməsinə Litva və İslandiya birgə rəhbərlik edir. Dron qabiliyyətinə Latviya və Britaniya birgə rəhbərlik edir. İnformasiya texnologiyalarına Estoniya və Lüksemburq rəhbərlik edir. İnteqrasiya edilmiş hava və raketdən müdafiə imkanlarına Almaniya və Fransa, dəniz təhlükəsizliyinə isə Britaniya və Norveç birgə rəhbərlik edir.
Forum